12:47 PM Şübhəli borclar üzrə ehtiyatın uçotu |
Şübhəli borclar üzrə ehtiyatın uçotu
Məhsulların göndərilməsi üzrə satışdan olan vəsaitlərin müəyyən edilməsi metodunu tətbiq edən təşkilatlara, hüquqi və fiziki təşkilatlara hesablaşmalar üzrə şübhəli borcların kompensasiya ehtiyatlarını yaratmağa icazə verilir. Vaxtında Ödənilməyən və müvafiq zəmanətlə təmin olunmayan təşkilatların və vətəndaşların debitor borcu, şübhəli borc hesab olunur (misal üçün, girov öhdəliyi). Belə borcların ehtiyatını, təşkilatların debitor borclarının inventar- laşması aparıldıqdan və hər bir şübhəli borc üzrə onun ödənilməsi ehtimalını əks etdirdikdən sonra ilin axırına yaratmaq məsləhət görülür. Əgər belə borcun tutulması üzrə bütün tədbirlər, kreditorun fikrinə görə istifadə olunubsa və səmərəsiz olubsa, təşkilatın ümidsiz borcların yaradılmış ehtiyatların hesabına gələn ildə silinməsi mümkünlüyünə mənfəətin müəyyən məbləğini ehtiyatlandırmaq hüququ vardır. Ümidsiz debitorlar öz borcunu ödədiyi halda kreditor - təşkilat növbəti ilin axırında geri qaytarılan məbləğlər həcmində borcun ehtiyatlandırılmış hissəsini bərpa etməlidir. Şübhəli borcların ehtiyatı hesabat ilinin axırında yaradılır. Bu məqsədlə debitor borclarının inventarlaşması aparılır. Debitorla hesablaşmaların inventarlaşması gedişində konkret təşkilatlarla və ayrı- ayrı şəxslərlə məlumatların qarşılıqlı üzləşdirilməsi həyata keçirilir. Hesablaşmaların üzləşməsi məktub və debitor hesab olunan təşkilata mühasibat işçisinin getməsi vasitəsi ilə həyata keçirilir. Axırıncı halda hesablaşmaların qarşılıqlı üzləşdirilmənin nəticələri üzrə akt tərtib edilir. Hesablaşmaların bütün yoxlamalarının nəticələri üzrə hər bir şübhəli borcun həcmi müəyyən edilir və daimi fəaliyyətdə olan inventarlaşma komissiyasına baxmaq üçün təqdim edilir, həmin komissiya borclunun maliyyə vəziyyətini (ödəmə qabiliyyətini) müəyyən edir və borcün tamamilə və qismən ödənilməsi ehtimalını qiymətləndirir. Komissiyanın qərarı şübhəli borcların yaradılan ehtiyatının həcmi haqqında nəticə ilə protokolla rəsmiləşdirilir. Debitorlarla hesablaşmalar üzrə şübhəli borcun müəyyən edildiyi məbləğ, hesabat ili başa çatdıqda balans mənfəətinin azaldılması hesabına ehtiyatlandırılır. Hesabat ilindən sonrakı il ərzində şübhəli borclar üzrə ehtiyat, ümidsiz borclar üçün müəyyən edilmiş vaxt ərzində alınması ümidsiz borclar üçün müəyyən edilmiş vaxt ərzində alınması ümidsiz olan debitor borclarının silinməsi üçün istifadə edilir. Əgər şübhəli borclar üzrə ehtiyat yaradıldığı ildən sonrakı ilin axırına qədər bu ehtiyat istifadə edilməzsə, onda sərf edilməmiş məbləğlər müvafiq ilin balans mənfəətinə birləşdirilir. Yaradılmış ehtiyatın uçotu 218 saylı «Şübhəli borclar üzrə düzəlişlər» adlı passiv hesabda aparılır.
Uçot siyasəti ilə satışı hesablaşma sənədlərinin təqdim edilməsi (göndərilməsi üzrə) üzrə qəbul edilən təşkilatlarda, mənfəət hesabına şübhəli borcların ödənilməsinə ehtiyat yaradıla bilər. Müqavilə ilə nəzərdə tutulan ödəmə müddətinin keçməsi ilə əlaqədar olaraq müvafiq zəmanətlə təmin olunmayan debitor borcu, şübhəli borc kimi qəbul edilir. Şübhəli borcların ödənilməsi üçün ehtiyat, hər il illik hesabatı tərtib etməzdən əvvəl debitor borclarının aparılan inventarlaşmanm nəticələri üzrə inventarlaşma komissiyasının qərarı, rəsmiləşdirilmiş və təşkilatın rəhbəri tərəfindən təsdiq edilmişş protokol əsasında yaradılır. Tələb olunmayan, balansdan silinən borcları təşkilat, borcluların əmlak vəziyyətinin dəyişildiyi halda onun tutulması imkanına nəzarət etmək üçün silindiyi vaxtdan 5 il ərzində uçota alır. Əgər şübhəli borclar üzrə ehtiyat, onların yaradıldığı ildən sonrakı ilin axırına kimi sərf edilməzsə, onda o, təşkilatın mənfəətinə birləşdirilir. 218 saylı «Şübhəli borclar üzrə düzəlişlər» hesabının analitik uçotunu ödənilməsi üçün ehtiyat yaradılan şübhəli borcun hər bir məbləği üzrə ayrıca aparırlar. Əgər təşkilatlar satış və mənfəətin əmələ gəlməsi prosesinin uçotunu ödənilmiş hesablaşma sənədləri üzrə (ödəmə üzrə) aparırlarsa, onda onlar 218 saylı «Şübhəli borclar üzrə düzəlişlər» hesabını istifadə etmirlər. Axırıncı halda iddia müddətinin vaxtı keçmiş borclarının məbləğini onlar satışdankənar itkilər kimi silirlər. 218 saylı «Şübhəli borclar üzrə düzəlişlər» hesabının 2-ci «Qiymətli kağızlara qoyuluşların qiymətdən salınmasına görə ehtiyatlar» subhesabmda başqa müəssisələrin qiymətli kağızlarına - səhmlərinə, istiqrazlarına və digər borc öhdəliyinə xüsusi vəsait qoyuluşunun mümkün olan qiymətdən salınmasına görə təşkilat tərəfindən ehtiyat yaradılır. 218 saylı «Şübhəli borclar üzrə düzəlişlər» hesabının 2-ci subhesabı üzrə analitik uçot hər bir qiymətli kağız üzrə apanlır.
Ən son vakansiyalar üçün bu linkdən istifadə edin . |
|
Bütün şərhlər: 0 | |
Calendar |
---|
Arxiv |
---|
|
---|
|
---|
Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019
|
|
---|
|