Vakansiya saytı
ishbook

Blog


11:37 PM
Transformator nədir ?, transfromator növləri və iş prinsipi (1)

Elektrik gücünün tərkib hissəsi olan cərəyan şiddəti və gərginliyi dəyişdirmək üçün istifadə olunan statik elektrik maşınlarına transformator deyilir. Yəni girişinə tətbiq olunan alternativ gərginliyin tezliyini dəyişdirmədən gərginlik dəyərini dəyişdirərək  çıxışa verən bir elektrik cihazıdır. Enerjini transformatorlarda çevirmək, yəni elektrik enerjisini mexaniki  enerjiyə çevirmək mümkün deyil.

transformator

 

  • Güc transformatorları 

Paylayıcı elektrik şəbəkələrinin ən əsas avadanlığı güc transformatoru (döyünən ürək) sayılır.

Güc transformatoru (şəkil 4.1) – gücü
(transformatorun öz itkisinin nəzərə almasaq) və tezliyi dəyişmədən gərginliyi bir qiymətdən digər qiymətə çevirmək üçün nəzərdə tutulmuş elektrik avadanlığıdır.   guc transformatoru

Bu transformatorun iş prinsipi elektromaqnit induksiya qanununa əsaslanır və gərginliyin qiyməti dəyişən zaman cərəyanın
qiyməti də dəyişir. Transformatora verilən gərginlik yüksəldilirsə transformatora yüksəldici, verilən gərginlik alçaldılırsa, transformator
alçaldıcı adlanır. Güc transformatoru elektrostatik avadanlıq olduğundan (hərəkət edən hissə olmadığından) onun f.i.ə. təqribən 99 %-ə yaxındır.

Bir transformator da Primerə verilən güc ilə Sekonderdən alınan güc bəllidir. Primerin gücü = U1* I1Cosφ ise Sekonderin gücü  = U2*  I2 *Cosφ - dir.
Güclərin bərabər olacağını nəzərə alaraq; U1* I1*Cosφ = U2* I2* Cosφ

 Başlıca olaraq soyutma və izolyasiya məsələlərinə görə güc transformatorları iki yerə bölünür: yağ və quru transformatorlar (şəkil 4.2). 

Yağ transformatorunun nüvəsi, yüksək və aşağı gərginlik dolaqları bakın içərisində yığılır və bak yağla doldurulur.

Transformatorlar tək fazalı transformatorlar, üç fazalı və ya çox fazalı transformatorlar kimi fazalar sayına görə təsnif edilə bilər və ya nüvənin strukturuna əsasən nüvəli, mantel tipli və spiral tipli  növlərə ayrıla bilər.

Güc transformatorları iki, üç və az hallarda dörd dolaqlı olurlar. Üç dolaqlı transformatorun üç müxtəlif gərginlikli dolaqları (yüksək, orta və alçaq) və yaxud da bir müxtəlif və iki eyni gərginlikli dolaqları (parçalanmış) olur. Aşağıda iki dolaqlı və üç dolaqlı transformatorların şəkilləri verilmişdir (şəkil 4.4, 4.5).

dolaqli transformatorlar

Transformatorlar həmçinin sarğı şəklinə görə silindrik sarğılı və dilimli sarğılı kimi təsnif edilirlər, sarğı vəziyyətinə görə iki sarğılı və ya avtomatik transformatorlara bölünürlər. Transformatorları soyutmaq üçün hava, su və ya yağdan istifadə edirlər. 

  • Gərginliyi dəyişməsinə görə transformator növləri; Gərginliyi artıran və azaldan iki cür  transformator istehsal olunur:

1. Yüksəldici transformator
2. Alçaldıcı transformator

İş mühitinə görə; 
Transformatorları ölçüləri ilə əlaqədar, növləri çox olan elektrik dövrə vasitəsidir. Hər yerdə elektrik enerjisinin dəyişdirilməsi tələb olunur. Buna görə transformatorlar bütün iş mühitlərində istifadə olunmalıdır. Transformatorların istifadə edildikləri ətraf mühitin şəraiti   soyuq, istilik, yağış, su təzyiqi, toz və suya qarşı  qorunmalıdır.
Buna görə də aşağıdakı növlərə ayrılır,
1. Sualtı tip

2. Platforma tip

3. Daxili tip 

4. Yeraltı tip

 

  • Fazaların sayı;

          Faza sayına görə  transformatorlar aşağıdakı qruplara ayrılır:

1. Tək fazalı transformator
2. Çox fazalı transformator

 

  • Gərginliyi azaldıb artırmasına görə transformatorlar aşağıdakı qruplara ayrılır :

- Yüksəldici Transformator


Yüksəldic transformatorların əksəriyyəti elektrik stansiyasındakı generatorların istehsal etdiyi  gərginliyi yüksək gərginliyə çevirmək üçün istifadə olunur. Yüksəldici transformatorlarda bobin içərisindəki primer sarğının  sayı sekondar  sarğıdakı sarğı sayından azdır. Primerin gərginliyi də sekondar gərginliyindən azdır. Primerdə olan cərəyan şiddəti sekondardakından daha yüksəkdir. Ölkəmizin müxtəlif elektrik stansiyalarından alınan alternatif gərginlik 154000 volt gərginliyə (yüksəldici transformatorlar) qədər artırılır və enerji hava xətti ilə istifadə olunduğu yerə ötürülür.

 

- Alçaldıcı Transformatorlar
Verilmiş yüksək gərginliyi
normal gərginliyə (220volt-110volt və s.) çevirmək  üçün istifadə olunur. Alçaldıcı Transformatorlar ən çox istifadə olunan transformator növüdür. Alçaldıcı Transformatorlarda bobin içərisində primer sarğıların sayı sekondar sarğıların sayından yüksəkdir. Primerin gərginliyi sekondarın gərginliyindən daha çoxdur. Cərəyan şiddəti  primer sarğıda sekondar sarğıdan daha azdır . 

 

  • Ölçü Transformatorları

Gərginliyi və cərəyan şiddətinin dəyərlərini istənilən dəyərdə saxlaya bilən cihazlar ölçü transformatorları adlanır. Ölçü Transformatorları, cərəyan və ya gərginliyini ölçmək üçün hazırlanmışdır. Ölçü transformatorlarının köməyi ilə, ikincil(sekondar) dövrədə yüksək gərginlik və cərəyan şiddəti ölçü alətlərinin ölçə biləcəyi qədər  kiçik dəyərlərə düşürülür. Ölçü transformatorları ümumiyyətlə cərəyan şiddəti və gərginliyi ölçmək üçün istifadə olunur.

  • Ölçü Transformator növləri :

Ümumiyyətlə ölçü transformatorlarının, Cərəyan  Transformatorları , Gərginlik Transformatorları ,Elektron Ölçü Transformatorları kimi 3 növü vardır .

 

Qeyd: Ölçü cihazlarının həm analoq, həm də rəqəmsal (elektron ölçü alətləri) olan növləri vardır.

- Cərəyan Transformatoru ,
Primer sarğıda cərəyanı müəyyən dərəcədə azaldır. 
Primer  cərəyan şiddəti ilə sekonder  arasındakı faz fərqi 0 ° təşkil edir.
Cərəyan  transformatoru dövrüyəyə ardıcıl bağlanır. 
Gərginlik yüksək və ya aşağı olub-olmamasından asılı olmayaraq, cərəyan transformatorları yüksək cərəyan şiddətini ölçmək üçün istifadə olunur.

Cərəyan transformatorunun konvertasiya nisbəti K = I1 / I2. düsturu ilə hesablanır .

Cərəyan transformatorlarının həssaslığı  0.1-0.2-0.5-1-3-5 şəkilindədir. Güc 2,5-5-10-15-30-60 VA-dən çoxdur. Cərəyan transformatoruna qoşulmuş cihazların daxili müqaviməti çox azdır. Buna görə transformatorlar qısa dövrə vəziyyətində fəaliyyət göstərir. Sekondar əsla boş qalmamalıdır. Sekondar yüksüz qalarsa primer dövrəyə tərs yöndə manyetik axım axışı olmaz. Nüvədəki dəmir itkisi artar . Yüksək dərəcədə istilik olar ,  İzolyasiya müqaviməti  pisləşər. Bağlantıların dəyişdirilməsinə ehtiyac olduqda, sekondar çıxışların ucları hökmən  qısa dövriyyəli olmalıdır.

- Gərginlik Transformatoru
Yüksək gərginliyi azaldır. Sekondar və primer gərginliklər arasındakı faz fərqləri ortalama 0 ° təşkil edir. Gərginlik transformatoru dövrəyə paralel olaraq bağlanır. 
Voltajı 600Vt-dan çox olan gərginlikləri ölçmək üçün istifadə olunur.

Ölçü cihazlarını yüksək gərginlikdən qorumaq çətindir. Buna görə gərginlik transformatorları istifadə olunur. Onlar normal iki sarğılı  gərginlik azaldıcı transformatorlara bənzəyirlər. Transformatorun primer sarğısı yüksək gərginlikli şəbəkəyə qoşulur. Sekondar sarğı çıxışı isə ölçü cihazına və ya releyə bağlıdır. Sekondar gərginlik 100-110 Volt olduğu kimi 120-150 Volt da  ola bilər. Ölçü cihazları çox uzaqda olduqda bu gərginlik 200 volta qədər qalxa bilər. Ölçü cihazlarının ümumi gücü, sekondarın nominal gücündən yüksək olmamalıdır. Gərginlik  transformatorunun sekondarı  (v) torpaqlanır. Həyat və əmlakın təhlükəsizliyini təmin etmək üçün torpaqlama olmalıdır. Qısa qapanmaya  qarşı qorunması üçün primer və sekondara sığorta cihazları qoyulur.

  • Transformatorların gərginliyə görə növləri

Transformatorlar istifadə ediləcəyi gərginlik sinifinə görə seçilir və transformator firmaları tərəfindən emal edilir.

Transformatorlar gərginliyə görə aşağıdakə növlərərə ayrılır:

Aşağı gərginlikli transformatorlar (0-1 kV)
Orta gərginlikli transformatorlar(1-34 kV)
Yüksək gərginlikli transformatorlar (34,5-154 kV)
Çox yüksək gərginlikli transformatorlar (154 kV və yuxarı)

Gərginlik ilə sarğı sayı arasındakı əlaqə:


Bir transformatorda  bobin ucları arasındakı gərginliklərin bir-birinə nisbəti, sarğı sayları arasındakı nisbətə bərabərdir. Yəni ,
Primer gərginlik / Sekondar gərginlik = Primer sarğı sayıları / Sekondar sarğı sayı  U1 / U2 = n1 / n2. 
Burada n1 / n2-yə
  transformatorun çevrilmə  nisbəti deyilir.

 

Gərginlik  ilə cərəyan şiddəti arasındakı əlaqə:


Bir transformatorda bobinlərin  ucları arasındakı gərginliklərin bir-birinə nisbəti, bobinlərdəki cərəyan şiddəti axınların tərs nisbətinə bərabərdir. Yəni , Primer gərginlik / Sekonder gərginlik = Sekonder cərəyan şiddəti / Primer cərəyan şiddəti  U1 / U2 = I2 / I1 düsturu ilə ölçülür. 
Bu əlaqələrə  görə əgər gərginliyi artırsaq, bobindəki sarğı sayı artar və  buna qarşılıq olaraq cərəyan şiddətində bir azalma yaranar. 
Bobinin sarğı sayını azaltsaq gərginlik düşər və  cərəyan şiddəti artmış olar.
Bu iki əlaqənin ilk tərəfləri bərabər olduğundan, U1 / U2 = n1 / n2 = I2 / I1 düsturu şəklində yaza bilərik .

 

 

  • Transformatorlarda polarlıq

Transformatorların primer və sekonder sarğısının ucları alternativ axının tezliyinə bağlı olaraq davamlı işarət dəyişdirirlər. Bu işarətlərə polarlıq deyilir.

Polarlığın əhəmiyyəti

Transformator sarğılarının polarlığının bilinməsi, transformatorları bir-birləri ilə paralel bağlanmalarında ya da fərqli sarğıların öz aralarında bağlanmasında asanlığı təmin edər. Transformator uclarının polarlığı nəzərə alınmalıdır. Əks təqdirdə səhv bağlantılar çox təhlükəli nəticələrə səbəb ola bilər.
Polarlığı müəyyən olmayan transformatorlar üçün polarlığın təyin olunması :
Polarlığın müəyyənləşdirilməsi üçün müxtəlif üsullar istifadə olunur.


Ulduz - Ulduz bağlantı
Üçbucaq - Üçbucağın bağlantı
Üçbucaq - Ulduz bağlantı
Ulduz - Üçbucağın bağlantı


Ulduz - Ulduz bağlantı
Üç dənə bir fazlı transformatorun gücləri və gərginlikləri bərabər, primer sarğı uclarından bir dənəsi alınaraq bərabər bağlanır. Beləliklə, əsas dövrə bir ulduz kimi bağlanır.

transformtor

Bu bağlama şəklində, dəmir nüvə ayrı olduğu üçün polarlıq nəzərə alınır. Transfromatorun boşda qalan U -V- W ucları şəbəkəyə bağlanır. Beləcə primer bağlantı təmin edilmiş olur. 
Sekonder bağlantıda iki uc birləşdirilir. 
Boş qalan digər iki (U və V) uca bir voltmetr bağlanır. 
Sekonderin gərginliyi  ölçülür. 
Ölçülən sekonder gərginliyi √ 3 qədər çox göstərməsi lazımdır.
Əgər aşağı göstərirsə birləşdirilən sarğı uclarından bir dənəsinin ölçü ucu ilə yeri dəyişdirilir. Bundan sonra W uçu bağlanır. V və W ucları arasına təkrar bir voltmetr bağlanır. Eyni şəkildə ölçülür. Ölçülən uclar arası (V və W) √ 3 qədər volt ölçülür. Gərginlik aşağı gəlirsə birləşdirilən uclarla ölçü ucu yer dəyişdirilərək bağlantı tamamlanır. 
Sekonderin ölçü aparılan uclarından voltmetr çıxarılır. 
İSekonderin boş qalan  U-V-W uclarına yük bağlanaraq  istifadəyə hazır vəziyyətə gətirilir.

 

Üçbucaq - Üçbucaq bağlantısı

transfromatorun-ucbucaq-baglantisi

Primeri üçbucaq şəkilində bağlamaq üçün şəkildə göstərilən kimi Uz, VX, WY ucları bir-birlərinə bağlayaraq, primer üçbucaq bağlanması tamamlanır. Primer U-V-W ucları gərginliyə bağlanır. Sekonder bağlantısına keçilir. Sekonder bağlamanı etmək üçün primerdeki kimi Uz, VX, WY ucları bağlayırıq. Uz ucları arasına voltmetr bağlanır. Faza voltajları ölçülür. Bir faza gərginliyinə bərabər bir dəyər göstərsə iki sarğı arasındakı bağlantı doğrudur. Voltmetr ilə ölçülən gərginlik √3 qədər artıq göstərirsə, yalnız bir sargının bağlantı uclarının yeri dəyişdirilir. Bu ölçü əməliyyatları sarğıların digər bağlantı ucları arasında tək tək bağlanaraq ölçmə əməliyyatları aparılır. Yəni VX və Wy ucları arasında aparılır. Üçbucaq künclərdə bağlantı ucları çıxardılaraq yükə bağlanır. Sekonderi üçbucaq bağlantısı tamamlanmış olur.

 

 

Üçbucaq - Ulduz bağlantısı

Primeri üçbucaq bağlamaq üçün şəkildə görüldüyü kimi Uz, VX, WY ucları bir-birlərinə bağlayaraq, primer üçbucaq bağlanması tamamlanır. Primer U-V-W ucları şəbəkə gərginliyə bağlanır.

Sekonder bağlantısında iki uc birləşdirilir. 
Boş qalan digər iki (U və V) uca bir voltmetr bağlanır. 
Sekonder gərginliyi ölçülür. Ölçülən sekonder gərginliyi √ 3 qədər çox göstərməsi lazımdır. Əgər aşağı göstərirsə birləşdirilən sarğı uclarından bir dənəsinin ölçü ucu ilə yeri dəyişdirilir. Bundan sonra W uçu bağlanır. V və W ucları arasına təkrar bir voltmetre bağlanır. Eyni şəkildə ölçülür. Ölçülən uclar arası (V və W) √ 3 qədər volt ölçülür. Gərginlik aşağı olarsa, birləşdililmiş uclarla  ölçü ucunun yeri dəyişdirilir və bağlantı tamamlanır. Sekonderi ölçü edilən uclarından voltmetr çıxarılır. Sekonderin boş qalan U-V-W nömrəli uclarına yük bağlanaraq istismara hazır vəziyyətə gətirilir.

transfromatorun-ucbucaq--ulduz-baglantisi

 

 

Ulduz - Üçbucaq bağlantısı

Gücləri və gərginlikləri bərabər üç ədəd bir fazlı transformatorun primer sarğı uclarından bir dənəsi alınaraq bir-birlərinə bağlanır.
Beləliklə primer dövrəsi ulduz şəkilində  bağlanmış olur.
Bu bağlama şəklində dəmir nüvələr ayrı olduğu üçün polarlıq nəzərə alınır. Transformatorun boş qalan U -V- W ucları şəbəkəyə bağlanır. 

Sekonder bağlaması üçün primerdeki kimi Uz, VX, WY ucları bağlayarıq.
Uz ucları arasına voltmetr bağlanır. 
Faza gərginliyi ölçülür.
Bir faza gərginliyi  bərabər bir dəyər göstərsə iki sarğı arasındakı bağlantı doğrudur. Voltmetr ilə ölçülən gərginlik √3 qədər çox göstərirsə, yalnız bir sargının bağlantı uclarının yeri dəyişdirilir. Bu ölçü əməliyyatları sarğıların digər bağlantı ucları arasında tək tək bağlanaraq ölçü əməliyyatları davam etdirilir. Yəni VX və Wy ucları arasında aparılır. Üçbucaq künclərdə bağlantı ucları çıxardılaraq yükə bağlanır. Sekonderin üçbucaq bağlantısı tamamlanmış olur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yazar : Elməddin Abbasov

Kateqoriya: Elektro dərs | Oxumalar: 1984 | Yazar: administrator | Teqlər: transfromator növləri və iş prinsip, Transformator nədir ? | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Bazar ertəsi, 2018-12-17, 10:24 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac