Vakansiya saytı
ishbook

Yararlı məqalələr


6:05 PM
UZUNMÜDDƏTLİ AKTİVLƏR

 

UZUNMÜDDƏTLİ AKTİVLƏR

Uzunmüddətli aktivlər bölməsinin hesabları təsərrüfat subyektinin uzunmüddətli kimi təsnifləşdirilən, uzunmüddətli xarakter daşıyan aktivlərin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Uzunmüddətli aktivlər aşağdakı yarımbölmələrdən ibarətdir.

10- Qeyri-maddi aktivlər

11- Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar)

12- Daşınmaz əmlaka investisiyalar

13- Bioloji aktivlər

14- Təbii sərvətlər

15- İştirak metodu ilə uçota alınmış investisiyalar

16- Təxirə salınmış vergi aktivləri

17- Uzunmüdətli debitor borcları

18- Sair uzunmüddətli maliyyə aktivləri

19- Sair uzunmüddətli aktivlər

 

10 saylı “Qeyri - maddi aktvilər” yarımbölməsi

10 saylı “Qeyri - maddi aktivlər” yarımbölməsi təsərrüfat subyektinin mülkiyyətində olan qeyri-maddi aktivlərin mövcudluğu və hərəkəti barədə məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Obyektlərin qeyri-maddi aktivlərə aid edilmə qaydası, onların tərkibi, amortizasiya olunması və qiymətdəndüşməsi qaydaları BMHS tələblərinə müvafiq olaraq nizamlanır.

10 saylı “Qeyri-maddi aktivlər” yarımbölməsi aşağıdakı hesablar qrupundan ibarətdir.

101- Qeyri maddi aktivlər – ilkin dəyər.

102- Qeyri-maddi aktivlər – amortizasiya və qiymətdəndüşmə

103- Qeyri-mddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması

101- Qeyri maddi aktivlər hesabında təşkilatın fəaliyyətində xarakterinə və istifadəsinə görə oxşar olan aşağıdakı aktivlər subhesablarda uçota alınır :

 İşgüzar şöhrət (Qudvil)

 Ticarət nişanları

 Titul və nəşriyyat hüquqları

 Lisenziyalar və franşizlər

 Müəllif hüquqları, patentlər və sənaye mülkiyyətinə digər hüquqlar,

 Xidmət və istimar hüquqları

 Pespektiv düsturlar, modelər, çertyojlar və təcrübə nümunələri

 İşlənib hazırlanmaqda olan qeyri maddi aktivlər.

102- Qeyri-maddi aktivlərin amortizasiyası və qiymətdəndüşməsi hesabı 101 saylı hesabın müvafiq subhesablarına uyğun olaraq açılan subhesablarda aparılır. Qeyrimaddi aktivlərə amortizasiya yalnız istismar müddəti müəyyən edilə bilən və qiymətləndirmək mümkün olan qeyri-maddi aktivlər üzrə onların faydalı istismar müddətinə müvafiq olaraq hesablanır. İstifadə müddəti müəyyən edilə bilinməyən qeyri maddi aktivlərin amartizasiyası hesablanılmır və hər il qiymətin düşməsinə dair test keçirilir.

103- Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması hesabında qeyrimddi aktivlərin əldə edilməsi ilə bağlı məsrəflər, yəni qeyri-maddi aktivlərin maya dəyəri, digər sözlə əldə edilmə ilə bağlı ödənilmiş pul və ya pul ekvivalentləri uçota alınır.

 

 

Əvvəlki dərs                Sonrakı dərs

 

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 142 | Yazar: administrator | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Çərşənbə, 2019-06-26, 8:53 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac