Vakansiya saytı
ishbook

Yararlı məqalələr


6:52 PM
Vakansiyaların seçimi , cv yazılması , müsahibə və yanlışlar

vakansiya

 

 

 



          Müasir dövrdə texnologiyanın inkişafının sürətlənməsi özü bərabər olaraq biznes aləminədə yeniliklər gətirdi . İş seçimi , işci seçimi prosesi müəyyən qədər şəffaflaşdı .İndiki dövrdə təkcə Azərbaycanda 10 larla iş elanı saytı vardır ki , bunlarda öz növbəsində işsizlərin hər gün yüzlər ilə iş elanı ilə tanış olmalarına və öz cv - lərini elektron poçt vasitəsi ilə göndərməyə imkanı yaradır .
           Bir iş elanı üçün göndərilən yüzlərlə cv içərisindən müvafiq olanlar seçilir və müsabiqəyə dəvət olunurlar . CV yazarkən hər nə qədər peşəkarlığınızın əsas rol oynadığı önəm daşısada , bir o qədərdə cv -nin  yazım şəkli də önəmli rol oynayır . Yəni sadə misal ilə izah etsək , əgər sizə 2 ədəd 100 manatdan birini seçmək imkanı verilsə və o 2 ədəd 100 manatın birinin çirkli və görkəmsiz digərinin isə təmiz olduğunu görsəniz hansını seçərdiniz? - Təbii ki , daha səliqəli olanını . 

Bax elə bu səbəbdən  qarmaqarışıq və səliqəsiz , gönüşsüz cv yazmaqdan uzaq durun .

1. CV -yə lazımsız məlumat yazmayın , yəni qarşı tərəfi sizin necə balıq tutmağınız və ya ovçu olmağınız maraqlandırmır . Məlumatlarınızı sadə və net yazın .

2. Dürüst olmamaq  - yazılmış yanlış məlumat sonrakı iş alım prosesində sizi daha çətin vəziyyətə salacaqdır .

3. Ölçü xətaları - cv yazarkən əsla və əsla imla qaydalarından kənara çıxmayın , önəmli bölgələri böyük yazı ilə yazmayın .

4. Şəkilsiz CV -  cv yazarkən şəkilinizi əlavə etməyi untmayın ,bu qıbul edilməz haldır .

5. CV yazan zaman orta məktəb haqqında məlumat yazmağınıza ehtiyac yoxdur.

6. CV yazarkən əlavə bilikləriniz içində müraciət etdiyiniz sahıyı uyğun gəlməyənini əsla yazmayın .

7. CV göndərdiyiniz mail adresinin sizin ad və soyadınızla əlaqəli olmasına , rəqəmsal və digər  simvollar olmamasına diqqət edin . Nik kimi adlardan istifadə etməyin bu sizin haqqınızda ilk təəsuratı mənfi formalaşdırır .

Doğru olan email ünvanı  : elmaddin.abbasov@gmail.com

Yanlış olan email ünvanı : elm1987@gmail.com

8. CV hazırlayarkən əsas başlıqların anormal qaydada düzənsiz yerləşdirilməsi xoşa gələn hal deyil .

İş görüşməsi , müsahibə zamanı da müəyyən xətalar olur ki , bunlarda öz növbəsində sizin həmin işi qazanmadan itirmıyinizə səbəb olacaqdır .

Yəni deyək ki , siz google da vakansiyalar yazaraq axtarış etdiniz və nəticədə görsənən iş elanı - vakansiya saytlarından birini və ya bir neçəsini seçərək daxil oldunuz . Saytda yayəmlanan vakansiyalarla tanış olduqdan sonra cv göndərdiniz və sizi müsabiqəyə dəvət etdilər .Aşağıda müsahibə zamanı buraxılan səhvlərin bir neçəsini qeyd edəcəyəm :

1. İş müsahibəsi zamanı telefona baxmaq .

Müsahibə zamanı telefona baxmaq  ,telefonun səsini söndürməmək , telefonu masanın üzərinəburaxmaq doğru hal deyildir .

2. "Bəli" və "Xeyir" sözlərindən çox istifadə etmək - yəni müsahibə zamanı sizə verilən suallara sadəcə olaraq bəli və ya xeyir demək , suallara çox qısa cavab vermək normal qəbul olunmur .

3. Mövcud və ya əvvəlki iş yerin barəsində şikayətlənmək , onlar barəsində mənfi fikirlər söyləmək sizin haqqınızda mənfi rəy formalaşdıra bilər ki , bu da sizin həmin vakansiya elan edilmiş işi itirmənizə səbəb olacaqdır .

4. Salamlaşarkən qarşı tərəfin əlini uzun vaxt ərzində sıxmaq , normal haldan bir qədər daha sıx şəkildə əl sıxmaq olmaz . Çalışmaq lazımdır ki , görüş zamanı ilk olaraq daha üst vəzifəli şəxslə salamlaşasınız .

5. Hər xırda yanlış üçün davamlı olaraq üzr istəmək - iş müsahibəsi  zamanı davamlı olaraq dəfələrlə "üzr istəyirəm" sözünü işlətmək olmaz .

6. Heç bir sual verməmək - iş müsahibəsində qarşı tərəfə sual verməmək , ən azından vakansiya ilə bağlı sual verməmək yanlışdır .

Azərbaycanda olan vakansiya saytları  arasında www.ishbook.com daim  yenilənən bazası və vakamsiya çoxluğu ilə ilk yerdə durur .

 

 

Kateqoriya: Digər | Oxumalar: 402 | Yazar: administrator | Teqlər: Vakansiyaların seçimi, cv yazılması, müsahibə və yanlışlar | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:35 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac