Vakansiya saytı
ishbook

Vakansiya


Biznesin İnkişafı üzrə Menecer
2018-12-08, 12:02 PM
  KredAqro BOKT MMC
email   recruitment@kredaqro.az
telefon   +99412 4412134
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2019-01-07
Vakansiya :
Biznesin İnkişafı üzrə Menecer

İş barədə məlumat:
• Kredit məhsulların idarəedilməsi, inkişaf etdirilməsi, bazar şərtlərinə uyğun təkmilləşdirməsi və yeni məhsulların hazırlanması.
• Rəqəmsal kredit məhsullarının idarəedilməsində təcrübə, bu növ kredit məhsullarına aid maliyyə, İT və əməliyyat məsələlərinə rəhbərlik.
• Rəqəmsal və standart marketinq fəaliyyətlərinə nəzarət və idarəetmə.
• Əməkdaşlıq əlaqələrini və yüksək performansı inkişaf etdirmək .
• Təşkilatın səmərəliliyinin artırılmasını təmin etmək .
• Kredit məhsullarının aylıq satış məqsədlərini müəyyənləşdirmək və onlara nəzarət etmək.
• Satışın artım strategiyalarını hazırlanmaq və həyata keçirmək.
• İllik və uzunmüddətli planların hazırlanması.
• Qısa müddətli və uzunmüddətli hədəflərə nail olmaq üçün işçilərin performans standartlarını müəyyənləşdirmək.
• Güclü və səmərəli idarəetmə qrupunun yaradılması.
• Məhsullarla əlaqəli olan bütün prosedur və siyasətlərə əməl və nəzarət etmək.
• Tabeçiliyində olan heyəti motivasiya etmək.
• Müştərilərin, kadrların, idarəetmənin, mülkiyyətin, maliyyələşmənin, biznesin nüfuzunun müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risklərin idarə edilməsi tədbirlərinin həyata keçirmək.
• İşçilərin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsini aparmaq.
• Şirkətin qanunvericiliklə və daxili qaydalarla müəyyən edilmiş bütün tələblərə riayət olunmasını təmin etmək.
• Marketinq və kredit məhsullarının davamlı fəaliyyətini təmin etmək.
• Mütəmadi olaraq kredit məhsullarının satışına dair görüşlər keçirmək.
• Məhsulların təslim vaxtını və hər hansı bir gecikmənin olub olmamasınıyoxlamaq.
• Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
• Satış və müştərilər ilə işlərin təkmilləşdirilməsi üçün tabeçiliyində olan əməkdaşlar ilə məqsəd və vəzifələrin qoyulmasını həyata keçirmək.
• Tabeçiliyində olan əməkdaşların iş faəliyyətini sıx nəzarət altında saxlamaq, yeni nəzarət mexanimzləri ilə bağlı rəhbərliyə təkliflərini təqdim etmək.
Tələblər:
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 30 - 45
Cins : Kişi

• Ali təhsil;
• Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
• İT, Kredit və Marketinq sahəsi üzrə təcrübə;
• Analitik mühakimə etmək qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Azərbaycan, Rus və İngilis dili bilikləri.

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Biznesin İnkişafı üzrə Menecer” qeyd edərək CV formasını recruitment@kredaqro.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Biznesin İnkişafı üzrə Menecer
Çərşənbə, 2018-12-12, 5:59 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac