Vakansiya saytı
ishbook

Vakansiya


ÇPY/TMM üzrə mütəxəssis/aparıcı mütəxəssis
2019-01-04, 11:24 AM
  “Ziraat Bank Azərbaycan” ASC
email   cv@ziraatbank.az
salary  
Son müraciət tarixi : 2019-02-04
Vakansiya :
ÇPY/TMM üzrə mütəxəssis/aparıcı mütəxəssis

“Ziraat Bank Azərbaycan” ASC ÇPY/TMM üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir.

Vəzifəyə olan tələblər:

• Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
• ÇPY/TMM ilə bağlı milli qanunvericilik və beynəlxalq standartlar barədə məlumatlara malik olmaq;
• FATCA/CRS ilə bağlı milli və beynəlxalq qanunvericilik barədə məlumatlara malik olmaq;
• Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL bilikləri;
• Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
• Ünsiyyətcil olmaq və komanda ilə iş qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyi;
• Bank sahəsində ən azı 4, müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
• CAMS sertifikatına malik namizədlərə üstünlük veriləcəkdir.

Əsas vəzifələr:
• Maliyyə monitorinq xidmətinə təqdim edilən məlumatların və daxil olan sorğuların hazırlanıb ötürülməsi;
• Vergilər Nazirliyinə təqdim edilən hesabatların hazırlanıb ötürülməsi;
• Təhlil hesabatlarının hazırlanması və qeydiyyatının aparılması;
• Müxbir banklardan daxil olan sorğuların cavablandırılması;
• Müvafiq departamentlərin qanunvericilik tələbləri üzrə suallarını cavablandırmaq, aidiyyəti məsələlər üzrə qanunvericilik sahəsində araşdırmalar aparmaq;
• Mövcud qanunvericilik tələbləri baxımından bankın mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
• Müntəzəm olaraq bank əməkdaşları üçün ÇPY/TMM və FATCA/CRS təlimlərini keçmək;
• Bankda ÇPY/TMM mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak.

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “ÇPY/TMM üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd edərək CV formasını cv@ziraatbank.az elektron ünvanına göndərmələri xahiş olunur.
Cümə, 2019-01-18, 3:07 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac