Vakansiya saytı
ishbook

Vakansiya


Daxili nəzarət üzrə mütəxəssis/aparıcı mütəxəssis
2019-01-04, 11:45 AM
  “Ziraat Bank Azərbaycan” ASC
email   cv@ziraatbank.az
salary  
Son müraciət tarixi : 2019-02-04
Vakansiya :
Daxili nəzarət üzrə mütəxəssis/aparıcı mütəxəssis

“Ziraat Bank Azərbaycan” ASC Daxili nəzarət üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir.

Vəzifəyə olan tələblər:
• Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;
• Bank sektoru haqqında normativ qaydalar, təlimatlar, qərar və sərəncamlardan, habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi, və s) aidiyyəti üzrə məlumatlı olmaq;
• Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL bilikləri;
• Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
• Ünsiyyətcil olmaq və komanda ilə iş qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyi;
• Bank sahəsində ən azı 4, müvafiq sahə üzrə 2 illik iş təcrübəsi.

Əsas vəzifələr:
• Bankın siyasət və prosedurlarına qanunvericiliyə riayət olunması baxımından rəy vermək, lazımı təklifləri irəli sürmək;
• Müvafiq struktur vahidlərinin qanunvericilik tələbləri üzrə suallarını cavablandırmaq, aidiyyəti məsələlər üzrə qanunvericilik sahəsində araşdırmalar aparmaq və ehtiyac olduqda dövlət orqanları iləəlaqə yaratmaq;
• Mövcud qanunvericilik tələbləri baxımından bankın mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
• Yaradılan yeni məhsul, xidmətlər və iş axışları üzrə potensial nöqsanların müəyyən edilməsi və təkliflərin verilməsi;
• Bankda daxili nəzarət mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
• Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması, mənafe toqquşmalarının qarşısının alınması və səbəblərinin araşdırılması;
• Müntəzəm olaraq bank əməkdaşları üçün daxili nəzarət haqqında təlimlər keçmək;
• Daxili Nəzarət ilə bağlı daxil olan sorğuların cavablandırılması.

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Daxili nəzarət üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd edərək CV formasını cv@ziraatbank.az elektron ünvanına göndərmələri xahiş olunur.
Çərşənbə, 2019-01-23, 6:22 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac