ishbook

Vakansiya


Kreditlərin inzibatiləşdirilməsi şöbəsinə Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis
2018-11-09, 10:42 AM
  IBAR
email   cv@ibar.az
sayt   http://ibar.az
salary   600 - 900 AZN
Son müraciət tarixi : 2018-12-09
Vakansiya :
Kreditlərin inzibatiləşdirilməsi şöbəsinə Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Kreditlərin prosedurlara uyğun verilməsinə nəzarət, avtorizasiya səlahiyyəti;
 Kredit sənədlərinin tamlığına cavabdehlik;
 Girov təminatlarının sistem üzrə qeydiyyatına nəzarət və girovdan azad məktublarının hazırlanması;
 Silinmələr prosesinin mərkəzləşdirilməsində iştirak;
 Kredit inzibatçılığı üzrə digər nəzarət işləri;

Tələb olunan səriştələr:

 Komandada işləmək bacarığı;
 Detallara diqqət;
 Analitik təhlil;
 Vaxtı idarə etmək qabiliyyəti;

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Bank sahəsində 1 il iş təcrübəsi;
 Ofis proqramlarında sərbəst işləmək bacarığı;.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kreditlərin inzibatiləşdirilməsi şöbəsinə Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis” qeyd edərək CV formasını cv@ibar.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Kreditlərin inzibatiləşdirilməsi şö
Bazar ertəsi, 2018-11-19, 0:09 AM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ELANLARA ABUNƏ OLUN :

ishbook   Reklam

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac

Hosted by uCozz