ishbook

Elan


Kreditləşmə istiqaməti üzrə mütəxəssis /aparıcı /baş mütəxəssis ( Gəncə )
2018-11-07, 12:57 PM
  İBAR
email   cv@ibar.az
salary   600 AZN
Son müraciət tarixi : 2018-12-07
Vakansiya :
Kreditləşmə istiqaməti üzrə mütəxəssis /aparıcı /baş mütəxəssis ( Gəncə )

“ABB” ASC Gəncə filialı üçün Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqaməti üzrə mütəxəssis /aparıcı /baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə ilə əlaqədar müştəriləri qəbul etmək;
 İlkin mərhələdə tələb olunan sənədlər toplusunu müştəridən təhvil alaraq icra üçün yönləndirmək;
 Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqamətində sənəd dövriyyəsinin hazırlanması, nizamlanması və tam paket formasında təqdim edilməsi;

Tələb olunan səriştələr:

 Analitik təhlil, problemləri həll etmə bacarığı;
 Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı;
 Vaxtı idarəetmə və operativ şəkildə işləmək bacarığı;

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil (iqtisadiyyat, riyaziyyat və s.);
 Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqaməti üzrə minimum 2 il iş təcrübəsi;
 Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
 Azərbaycan və rus dillərində səlist danışmaq/yazmaq bacarığı (ingilis dili biliyi üstünlükdür);

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kreditləşmə istiqaməti üzrə mütəxəssis /aparıcı /baş mütəxəssis ( Gəncə )” qeyd edərək CV formasını cv@ibar.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Kreditləşmə istiqaməti üzrə mütəxəs
Cümə, 2018-11-16, 10:53 AM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ELANLARA ABUNƏ OLUN :

ishbook   Reklam

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac

Hosted by uCozz