Vakansiya saytı
ishbook

Vakansiya


Tender məsələləri üzrə mütəxəssis
2018-12-26, 11:29 AM
  İBAR
email   cv@ibar.az
salary   800 -1000 AZN
Son müraciət tarixi : 2019-01-25
Vakansiya :
Tender məsələləri üzrə mütəxəssis

“ABB” ASC Tender məsələləri üzrə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankda Tender və Kotirovka prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
 Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
 İlkin sənədlərin ekspertizasının aparılması;
 Tender və Kotirovka iştirakçılarının müəyyənləşdirilməsi və təkliflərin təhlil edilməsi;
 Tender və Kotirovkaların statusu barədə hesabatların hazırlanması;
 Müqavilələr üzrə danışıqların aparılması;
 Tender və Kotirovka protokollarının hazırlanması;
 Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil (Hüquqi təhsil arzuolunandır);
 Tender məsələləri üzrə 3 ildən başlayaraq iş təcrübəsi;
 Ofis proqramlarında sərbəst işləmək bacarığının olması.
 Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqları.

Davranış səriştələri:

 Yüksək səviyədə yazılı və şifahi ünsiyyət bacarığı;
 Təşkilatçılıq bacarığı;
 Analitik düşüncə qabiliyyəti;
 Detallara diqqət.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Tender məsələləri üzrə mütəxəssis” qeyd edərək CV formasını cv@ibar.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Tender məsələləri üzrə mütəxəssis
Cümə, 2019-01-18, 3:00 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac