ishbook

Vakansiya


Audit
2018-11-09, 8:59 PM
  Mətanət A
email   hr@matanata.com
sayt   http://matanata.com
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2018-12-09
Vakansiya :
Audit

“Mətanət A” şirkəti Audit vakansiyasını elan edir
İşin təsviri:
 Plan əsasında daxili audit yoxlamalarını aparmaq;
 Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
 Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq;
 Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
 Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək;
 Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq faktlarının ortaya çıxarılmasını qiymətləndirilməsini və sübuta yetirilməsini həyata keçirmək;
 Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;
 Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
 Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

 Razılaşma yolu ilə.

Tələblər:
 Təhsil: Ali (İqtisadi)
 İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan;
 Yaş həddi: 25-45;
 Dil bilikləri: Azərbaycan və Rus dili;
 Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək.
Şəxsi keyfiyyətləri:
 İşə planlı yanaşma;
 Yüksək ünsiyyət bacarığı;
 Nitq mədəniyyəti;
 Təmkinlilik, etibarlılıq, özünəinam;
 Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.
Əlavə şərtlər:
 Ezamiyyət imkanları.
Əlavə tələblər:
 Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:

 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
 Bu vakansiya üzrə ANKET FORMASI-nı doldurub hr@matanata.com ünvanına göndərməyiniz xahiş olunur.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Audit” qeyd edərək CV formasını hr@matanata.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags Audit
Bazar ertəsi, 2018-11-19, 0:35 AM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ELANLARA ABUNƏ OLUN :

ishbook   Reklam

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac

Hosted by uCozz