ishbook

Vakansiya


İnsan Resursları Departamentində Təcrübə Proqramı
2018-11-09, 11:18 AM
  Optimal Electronics LLC
email   suleyman.shaheldiyev@optimal.az
sayt   http://optimal.az
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2018-12-09
Vakansiya :
İnsan Resursları Departamentində Təcrübə Proqramı

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

 Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
 Pozitivlik bizim ən böyük uğurumuzdur!
 Kreativ ideyaları yaradırıq!
 İstedadlı gənclərə yol açırıq!

"Optimal Elektronika" MMC İnsan Resursları Departamentində Təcrübə Proqramını açıq elan edir:

Tələblər:

- Təhsil : Ali təhsil müəssisini yeni bitirmiş olmalı;
- Öyrənməyə və inkişaf etməyə meylli olmalı:
- Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; İngilis və rus dillərini bilmək üstünlükdür.
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar

Biz Sizə təklif edirik:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
- Təcrübə proqramı ödənişlidir və nahar şirkət tərəfindən verilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan Resursları Departamentində Təcrübə Proqramı” qeyd edərək CV formasını suleyman.shaheldiyev@optimal.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags İnsan Resursları Departamentində Tə
Bazar ertəsi, 2018-11-19, 0:04 AM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ELANLARA ABUNƏ OLUN :

ishbook   Reklam

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac

Hosted by uCozz