ishbook

Vakansiya


İnsan Resursları Departamentinin direktoru
2018-11-09, 8:53 PM
  Mətanət A
email   hr@matanata.com
sayt   http://matanata.com
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2018-12-09
Vakansiya :
İnsan Resursları Departamentinin direktoru

“Mətanət A” şirkəti İnsan Resursları Departamentinin direktoru vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
 Əmək Məcəlləsinə uyğun olaraq insan resurslarının idarə edilməsi siyasətinin həyata keçirilməsi;
 Qayda və daxili prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak;
 Daxili prosedur və proseslərə əsaslanaraq işçi axtarma, seçmə və yerləşdirmənin təmin edilməsi ;
 Ehtiyat kadr bazasının yaradılması;
 Təsdiq olunmuş daxili qaydaların icra edilməsinə nəzarətin həyata keçirilməsi;
 Əməkdaşların attestasiyadan keçirilməsinin təşkil edilməsi;
 İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün dəstəyin göstərilməsi;
 Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı rəhbərliyə təqdimatların verilməsi;
 Əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi;
 Kadrlar üzrə müfəttişlərin işinin təşkili və ona rəhbərliyin edilməsi;
 Şirkətin KSM siyasətinə dəstəyin verilməsi, plana əsasən müxtəlif layihələrin həyata keçirilməsi.

Tələblər:
 Ali təhsil (Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində olması arzuolunandır)
 İş təcrübəsi: İnsan resurslarının idarə edilməsi sahəsində minimum 5 il təcrübəsinin olması
 Yaş həddi: 30-45
 Dil bilikləri: (azərbaycan, ingilis, rus - əla səviyyədə)
 Kompüter biliyi: Microsoft office, Internet Explorer və Outlook
Şəxsi keyfiyyətlər

 Liderlik xüsusiyyətləri
 Analitik düşüncə
 Ünsiyyət yaratmaq bacarığı
 İşə planlı yanaşma

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək
 İstirahət: Şənbə və bazar günü

Əmək haqqı:

 Razılaşma yolu ilə

Tələblərə uyğun gələnlər və Azərbaycanın ən aparıcı şirkətlərindən biri olan “Mətanət A” – da perspektivli karyera qurmaq istəyənlər CV-lərini hr@matanata.com ünvanına göndərə bilərlər.


Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan Resursları Departamentinin direktoru” qeyd edərək CV formasını hr@matanata.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags İnsan Resursları Departamentinin di
Bazar ertəsi, 2018-11-19, 0:34 AM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ELANLARA ABUNƏ OLUN :

ishbook   Reklam

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac

Hosted by uCozz