ishbook

Vakansiya


KEYFİYYƏT NƏZARƏTİ ÜZRƏ MÜTƏXƏSSİS
2018-11-07, 10:28 PM
  MƏMMƏDOĞULLARI MMC
email   agil.ibrahimov@mammadogullari.com
salary   500 - 600 AZN
Son müraciət tarixi : 2018-12-07
Vakansiya :
KEYFİYYƏT NƏZARƏTİ ÜZRƏ MÜTƏXƏSSİS

İş barədə məlumat

- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması
- Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə və ümumi qəbul olunmuş standartlara uyğunluğuna nəzarət olunması
- İstehsalat intizamının möhkəmləndirilməsi
- Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi
- Müəssisəyə daxil olan mal-materiallarınn yoxlanılması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətinin təmin edilməsi
- Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə keyfiyyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılımasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması
- Zay məhsul, onun səbəbləri və səbəbkarlarının uçotunun aparılması
- Qüsurlu iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsinin tələb edilməsi
- Hazır məhsulun qablaşdırılmasına, yüklənməsinə, daşınmasına nəzarət edilməsi
- Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması
- Keyfiyyətə nəzarət planının hazırlanması
- Müəssisədə mövcud iso standartlarına uyğun forma və qaydalara uyğun olaraq hesabat aparılması
- Keyfiyyətə nəzarət proseduralarının tətbiq edilməsi
- Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi
- Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi
- İş qrafiki: həftə içi 6 gün, 09:00-dan 19:00-dək
- Bazar günü istirahət
Namizədə tələblər

- Mühəndislik və mebel sənayesi sahəsində ali təhsil arzuolunandır
- Mebel istehsalı sahəsində ən azı 2 il iş təcrübəsi
- Müvafiq sertifikatlar
- İş planlama və təşkil etmə bacarığı
- MS Office proqramlarını bilməli
- Diqqətlilik və məsuliyyətlilik

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “KEYFİYYƏT NƏZARƏTİ ÜZRƏ MÜTƏXƏSSİS” qeyd edərək CV formasını agil.ibrahimov@mammadogullari.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags KEYFİYYƏT NƏZARƏTİ ÜZRƏ MÜTƏXƏSSİS
Bazar ertəsi, 2018-11-19, 0:04 AM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ELANLARA ABUNƏ OLUN :

ishbook   Reklam

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac

Hosted by uCozz