ishbook

Vakansiya


Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis
2018-11-09, 8:46 PM
  Mətanət A
email   hr@matanata.com
sayt   http://matanata.com
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2018-12-09
Vakansiya :
Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis

“Mətanət A” şirkəti Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis vakansiyasını elan edir
İşin təsviri:

• İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq;
• Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,
• Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;
• Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək;
• İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
• Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması;
• İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
• Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;

Əmək haqqı:
• Razılaşma yolu ilə.

İş şəraiti:

• İş saatı: 09-00-dan 18-00-dək;
• İstirahət: Şənbə və bazar günü.

Tələblər:

• Yaş həddi: 28-40
• Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində), və ya texniki yönümlü ali təhsil
• İş təcrübəsi: Bu sahə üzrə minimum 2 il təcrübə;
• Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması);
• İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması);
• KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak;
• Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;
• Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
Şəxsi keyfiyyətləri:
• Liderlik;
• İşə planlı yanaşma;
• Fikrini izah etmək qabliyyəti;
• Ünsiyyət yaratmaq bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Fəallıq.
Əlavə şərtlər:
• Ezamiyyət imkanları;
Əlavə tələblər:
• Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:

• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
• Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
• Maraqlananlar saytda onlayn-anketi dolduraraq hr@matanata.com ünvanına göndərə bilərlər.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis” qeyd edərək CV formasını hr@matanata.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags Keyfiyyət İdarəetmə Sistemi üzrə mü
Bazar ertəsi, 2018-11-19, 0:06 AM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ELANLARA ABUNƏ OLUN :

ishbook   Reklam

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac

Hosted by uCozz