ishbook

Vakansiya


Kredit Departamentinin direktor müavini
2018-11-09, 10:30 AM
  Optimal Electronics LLC
email   recruitment@optimal.az
sayt   http://optimal.az
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2018-12-09
Vakansiya :
Kredit Departamentinin direktor müavini

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, LG, SONY, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az və www.optimal.az linkinə tıklaya bilərsiniz.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

Vakansiya: Kredit Departamentinin direktor müavini

Tələblər:

• Təhsil: Ali;
• Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dilini bilənlərə üstünlük verilir;
• Kredit sahəsində idarəetmə üzrə minimum 2 il təcrübəyə malik olmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• MS ofis proqramlarından yaxşı istifadə etmək bacarıqları.

Əsas vəzifələr:

• Departamentin direktoru işdə olmayanda onun səlahiyyətlərini yerinə yetirmək;
• Mağazaların kredit portfellərinin analiz etmək, analizin nəticəsinə müvafiq təkliflərin verilməsi;
• Tabeliyində olan qrup rəhbərlərinin işinə nəzarət etmək;
• Kredit təlimatları üzrə mağaza heyətinə təlimlərin keçirilməsi;
• Effektiv kredit siyasəti üzrə yeni təkliflərin verilməsi;
• Müştərilərə kreditlərin verilməsi barədə müvafiq qərarın qəbul edilməsi.

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Bilik və bacarığınıza uyğun yüksək əmək haqqı+ bonus;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kredit Departamentinin direktor müavini” qeyd edərək CV formasını recruitment@optimal.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Kredit Departamentinin direktor müa
Bazar ertəsi, 2018-11-19, 0:05 AM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ELANLARA ABUNƏ OLUN :

ishbook   Reklam

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac

Hosted by uCozz