ishbook

Vakansiya


Layihə şöbəsinin müdiri/ Baş layihə mühəndisi
2018-11-09, 11:31 AM
  Buxar Mühəndislik
email   hr@buxar.az
salary   1500 – 2500 AZN
Son müraciət tarixi : 2018-12-09
Vakansiya :
Layihə şöbəsinin müdiri/ Baş layihə mühəndisi

Namizədə dair tələblər:

1. Ali təhsil (texniki / mühəndislik sahəsində)
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
- Autocad və MS office proqramlarında işləmə bacarığı
- Azərbaycan, İngilis dilini səlis bilmək mütləqdir, rus dili arzu olunandır
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı
- Ünsiyyətcil və danışıq aparmaq bacarığı
- Komanda daxilində işləmək bacarığı

2. İş barədə məlumat:

• Layihələrin həyata keçirilməsinə birbaşa nəzarət və rəhbərlik;
• Layihələndirmə (soyutma, havalandırma və isitmə mühəndisliyi üzrə);
• Layihənin smetalarının düzgün hazırlanmasına nəzarət və birbaşa rəhbərlik;
• Şirkətin bütün tikinti obyektləri tərəfindən işlərin müvafiq qaydada təsdiq edilmiş qarfiklərə riayət edilməklə yerinə yetirilməsinə nəzarət etmək, zərurət yarandıqda bilavasitə təmin etmək
• Yüksək keyfiyyətə nail olmaq üçün effektiv layihə qərarlarının verilməsini, vaxtında və keyfiyyətli yerinə yetirilməsinnə nəzarət;
• Mühəndislərin işinə nəzarət və hesabatlılıq;
• Layihələndirmə ilə bağlı görüşlərə nəzarət və iştirak;
• Satışla bağlı müvafiq avadanlıqların seçilib təklif edilməsi və satışı;
• Yeni təkliflərin hazırlanması;

Qeyd: İsitmə, soyutma, havalandırma ilə bağlı mühəndis iş təcrübəsi olan namizədlər müsahibəyə dəvət ediləcəkdir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Layihə şöbəsinin müdiri/ Baş layihə mühəndisi” qeyd edərək CV formasını hr@buxar.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Layihə şöbəsinin müdiri/ Baş layihə
Bazar ertəsi, 2018-11-19, 0:06 AM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ELANLARA ABUNƏ OLUN :

ishbook   Reklam

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac

Hosted by uCozz