Vakansiya saytı
ishbook

Vakansiya


Audit
2018-12-27, 7:50 AM
  Mətanət A
email   hr@matanata.com
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2019-01-26
Vakansiya :
Audit

“Mətanət A” şirkəti Audit vakansiyasını elan edir

İşin təsviri:
 Plan əsasında daxili audit yoxlamalarını aparmaq;
 Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
 Şirkətin xərclərinin səmərəliliyini qiymətləndirmək;
 Şirkətin, ona tabe olan müəssisə və təşkilatların struktur bölmələrinin fəaliyyətinin normativ
hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;
 Ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarəti və zərərdən
mühafizə olunmanın yetərliliyini qiymətləndirmək;
 Anbar qalıqlarını yoxlamaq və əsas vəsaitlərin inventarizasiyasını aparmaq;
 Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər
normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
  Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq;
 Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
 Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin
aparılması qaydasına rəy bildirmək;
 Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq faktlarının ortaya çıxarılmasını
qiymətləndirilməsini və sübuta yetirilməsini həyata keçirmək;
 Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;
 Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
 Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
İş şəraiti:
 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
 Razılaşma yolu ilə.
Tələblər:
 Təhsil: Ali (İqtisadi)
 İş təcrübəsi: Audit və mühasibat sahəsində ən azı 3 il iş təcrübəsinin olması;
 Yaş həddi: 25-45;
 Dil bilikləri: Azərbaycan və Rus dili;
 Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək.
Şəxsi keyfiyyətləri:
 İşə planlı yanaşma;
 Yüksək ünsiyyət bacarığı;
 Nitq mədəniyyəti;
 Təmkinlilik, etibarlılıq, özünəinam;
 Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.
Əlavə şərtlər:
 Ezamiyyət imkanları.
Əlavə tələblər:
 Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması
tələb olunur.
Qeyd:

 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə
götürülmürlər;
 Bu vakansiya üzrə ANKET FORMASI-nı doldurub hr@matanata.com ünvanına göndərməyiniz
xahiş olunur.

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Audit” qeyd edərək CV formasını hr@matanata.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags Audit
Bazar ertəsi, 2019-01-21, 7:20 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac