Vakansiya saytı
ishbook

Vakansiya


Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis
2018-12-28, 11:48 AM
  Bank Respublika ASC
email   HR@bankrespublika.az
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2019-01-27
Vakansiya :
Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis

Bank Respublika ASC Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika Sizə Faydalı prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-dən artıq əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• İşlərin bankın təhlükəsizlik strategiyasına uyğun olaraq qurulması;
• İnformasiya təhlükəsizliyinin yayılmaması ilə əlaqədar işin təşkili;
• Bankın ərazisində olan əməkdaşların və müştərilərin təhlükəsizliyinin təmin olunması;
• Mühafizə və buraxılış rejiminin təşkili haqqında qaydalara nəzarət;
• Mühafizə və video müşahidə kameraları vasitəsi ilə nazərət;
• Xüsusi təyinatlı avtomobillərdə quraşdırılmış kameraların mütamadi yoxlanılması;
• Növbədə olarkən nəzarət kamerası vasitəsi ilə Baş Ofis, filial və şöbələrdə mühafizə xidmətinin gedişinə nəzarət etməklə yanaşı həyacan çağırışlarına və digər hallara qarşı təxirəsalınmaz tədbirlərin görülməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Təcrübə: təhlükəsizlik xidməti və ya mühafizə orqanlarında təcrübə;
• Əməyin mühafizəsi qayda və normalarını, təhlükəsizlik və yanğından mühafizə texnikası ilə bağlı bilgilər;
• Dil bilikləri: Azərbaycan dili (əla);
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis” qeyd edərək CV formasını HR@bankrespublika.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Bank Təhlükəsizliyi Departamentinə
Cümə, 2019-01-18, 3:34 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac