Vakansiya saytı
ishbook

Vakansiya


Baş Energetik
2018-12-26, 11:23 AM
  Mətanət A
email   hr@matanata.com
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2019-01-25
Vakansiya :
Baş Energetik

“Mətanət A” şirkəti Baş Energetik vakansiyanı elan edir

İşin təsviri:
 Məhsulun istehsal planı çərçivəsində istehsal edilməsinə nəzarət edir;
 İstehsalın təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımı
işləri görür;
 Sexlərdə texnoloji intizamın yerinə yetirilməsinə, texnoloji avadanlığın
düzgün istismarına nəzarət edir.
Əsas vəzifə və öhdəliklər:
 Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsi;
 Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki
xidməti;
 Elektrik dövriyyəsinin hesablanması;
 Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
 Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi;
 Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların,
qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanması;
 Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı
və texniki xidməti;
 Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
 Elektrik enerjisinin yüklənmə qrafikinə əsasən, istifadənin səmərəlilik və
effektivliyinə nəzarət etmək;
 Enerji qurğu və avadanlıqlarının əsaslı təmirini həyata keçirmək;
 Tabeliyində olan müvafiq sex və şöbələrin enerji bölmələrinə nəzarət etmək;
 Texnika və avadınlıqların işini effektivləşdirəcək təkliflər verməli.
Əlavə tələblər:
 Buraxılan məhsulların nomenklaturunu;
 İstehsal texnologiyasının əsaslarını;
 Istehsalat planlaşdırmasının hazırlanma qaydasını və məhsul buraxılışının
təqvim qrafikini bilməlidir;
Tələb olunan təhsil:
 Müvafiq sahə üzrə ali təhsilli olmalıdır.
Təcrübə: 
 Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
 Elektrotexnikanın əsaslarını bilməlidir.

Tələb olunan bilik, bacarıq və səriştələr:

 Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
 Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir
aparılmasının texnologiyası üzrə biliklər;
  Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv
xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
 Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
 Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını
mükəmməl bilməli;
  Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili yaxşı
 Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması
bacarıqları, təşkilatın missiyasına sadiqlik.
Qeyd:
 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə
qəbul olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar
olunan şəxslər işə götürülmürlər;
 Bu sahələr üçün ANKET FORMASI-nı doldurub hr@matanata.com ünvanına
göndərin.

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Baş Energetik” qeyd edərək CV formasını hr@matanata.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags Baş energetik
Bazar ertəsi, 2019-01-21, 7:33 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac