Vakansiya saytı
ishbook

Vakansiya


Front Ofis Koordinatoru
2019-01-08, 4:23 PM
  Code Academy
email   hr@code.edu.az
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2019-02-07
Vakansiya :
Front Ofis Koordinatoru

Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | +994125552525 | Mobil: +994504442633

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.

Vakansiya: Front Ofis Koordinatoru

İşin təsviri:

- Təhsil mərkəzinə gələn qonaqları və müştəriləri qarşılamaq
- Telefon zənglərinə cavab vermək
- Qeydiyyat işinin aparılması
- Ofisdə digər departamentlərin gündəlik işlərinə dəstək olmaq

Biz sizə həftədə 6 günlük, gündə 6 saatlıq (Şənbə və ya Bazar 8 saatlıq), 3 növbəli iş rejimi təklif edirik:
9:00-16:00, 13:00-20:00, 14:00-21:00.

Görmək istədiyimiz bilik və təcrübə:

- Microsoft Office proqramlarında yaxşı işləyə bilmək
- Azərbaycan dilində yaxşı nitq qabiliyyəti
- Tələbəlik müddətində sosial aktivlik
- Call Center təcrübəsinin olması üstünlükdür

Axtardığımız qabiliyyətlər:

- Məsuliyyətlilik
- Gülərüzlülük
- Ünsiyyətcillik

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Müvəffəqiyyətlə işlədiyiniz 1 ilin sonunda Code Academy daxilindəki bütün dərslərə giriş imkanı

Kompüter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.

Rəsmi əmək haqqı: 500 AZN (NETT)

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Front Ofis Koordinatoru” qeyd edərək CV formasını hr@code.edu.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Front Ofis Koordinatoru
Cümə, 2019-01-18, 3:04 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac