Vakansiya saytı
ishbook

Vakansiya


İnsan Resursları Departamentinin direktoru
2018-12-26, 11:21 AM
  Mətanət A
email   hr@matanata.com
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2019-01-25
Vakansiya :
İnsan Resursları Departamentinin direktoru

“Mətanət A” şirkəti İnsan Resursları Departamentinin direktoru

vakansiyasını elan edir

Vəzifə öhdəlikləri:
 Əmək Məcəlləsinə uyğun olaraq insan resurslarının idarə edilməsi siyasətinin həyata
keçirilməsi;
 Qayda və daxili prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak;
 Daxili prosedur və proseslərə əsaslanaraq işçi axtarma, seçmə və yerləşdirmənin təmin
edilməsi ;
 Ehtiyat kadr bazasının yaradılması; 
 Təsdiq olunmuş daxili qaydaların icra edilməsinə nəzarətin həyata keçirilməsi;
 Əməkdaşların attestasiyadan keçirilməsinin təşkil edilməsi;
 İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün
dəstəyin göstərilməsi;
 Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı
rəhbərliyə təqdimatların verilməsi;
 Əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi;
  Kadrlar üzrə müfəttişlərin işinin təşkili və ona rəhbərliyin edilməsi;
 Şirkətin KSM siyasətinə dəstəyin verilməsi, plana əsasən müxtəlif layihələrin həyata
keçirilməsi.
Tələblər:
 Ali təhsil (Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində olması arzuolunandır) 
 İş təcrübəsi: İnsan resurslarının idarə edilməsi sahəsində minimum 5 il təcrübəsinin
olması 
 Yaş həddi: 30-45
 Dil bilikləri: (azərbaycan, ingilis, rus - əla səviyyədə) 
 Kompüter biliyi: Microsoft office, Internet Explorer və Outlook
Şəxsi keyfiyyətlər
 Liderlik xüsusiyyətləri
 Analitik düşüncə
 Ünsiyyət yaratmaq bacarığı
 İşə planlı yanaşma

İş şəraiti:
 İş saatı: 09-00-dan 18-00-dək
 İstirahət: Şənbə və bazar günü

Əmək haqqı:
 Razılaşma yolu ilə
Tələblərə uyğun gələnlər və Azərbaycanın ən aparıcı şirkətlərindən biri olan
“Mətanət A” – da perspektivli karyera qurmaq istəyənlər CV-lərini
hr@matanata.com ünvanına göndərə bilərlər.

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “İnsan Resursları Departamentinin direktoru” qeyd edərək CV formasını hr@matanata.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags İnsan Resursları Departamentinin di
Bazar ertəsi, 2019-01-21, 7:15 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac