Vakansiya saytı
ishbook

Vakansiya


Insan resurslari üzrə mütəxəssis
2018-12-28, 12:00 PM
  "Azertexnolayn" MMC
email   hr@azertexnolayn.com
salary   800 - 900 AZN
Son müraciət tarixi : 2019-01-27
Vakansiya :
Insan resurslari üzrə mütəxəssis

İş barədə məlumat:
- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir
- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir
- İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir
- İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır
- İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir
- Peşələr üzrə vəzifə təlimatlarının yazılması
- Kadr axınının səbəblərini öyrənilməsində və onların aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır
- Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir
- Daxili sənəd dövriyyəsini icra edir
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir
- Əmək haqqı: NET 800-900 azn
- Tələb olunan işçi sayı: 1 (bir)
- İş saatları (iş rejimi): 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 13:00-dək
- Nahar və servis təmin olunur
Tələblər:
Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 25 - 35

- İş təcrübəsi: İnsan Resursları üzrə minumum 2 il iş təcrübəsi
- Təhsili/ixtisası: Menecment, İqtisadi sahələr üzrə ali təhsil tələb olunur
- Cins: Kişi namizədlərə üstünlük veriləcək
- Dil bilikləri: İngilis və ya Rus dilini irəli səviyyədə bilmək
- Üstünlüklər: İnsan Resurslarının rəsmi qanunvericiliklə yanaşı strateji tərəfində də təcrübəsi olması əlavə üstünlükdür
- Kompüter bilikləri: Ofis proqramları (excell irəli səviyyədə)
- Fərdi keyfiyyət tələbləri: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Insan resurslari üzrə mütəxəssis” qeyd edərək CV formasını hr@azertexnolayn.com elektron ünvanına göndərmələri xahiş olunur.
Cümə, 2019-01-18, 3:01 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac