Vakansiya saytı
ishbook

Vakansiya


Kargüzarlıq şöbəsinin mütəxəssisi
2018-12-27, 8:11 PM
  Ateshgah Sigorta
email   recruiting@ateshgah.com
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2019-01-26
Vakansiya :
Kargüzarlıq şöbəsinin mütəxəssisi

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Kargüzarlıq şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Yaş: 21-30
• Xanım namizədlər
• Təhsil: Ali təhsil
• İş təcrübəsi : azı 1 il
• Dil bilikləri: Azərbaycan dili (əla),Rus dili (əla-mütləq ),İngilis dili (arzuolunadır)

Əsas vəzifə öhdəlikləri

• Şirkətə daxil olan sənədlərin qeydiyyatını aparır, rəhbərliyə dərkənar üçün təqdim edir, aidiyyəti şəxslərə paylaşdırır
• Xaric olan məktubları müvafiq qaydada işləyib, qeydiyyata alır, göndərilməsini təşkil edir
• Şirkətin daxili normativ sənədlərinin və müqavilələrin razılaşdırılmasını həyata keçirir
• Etibarnamələrin qeydiyyatını aparır
• Sənədlərin göndərilməsini təşkil edir
• Birbaşa rəhbərinin tapşırıqlarını yerinə yetirir

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı 400 AZN

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Kargüzarlıq şöbəsinin mütəxəssisi” qeyd edərək CV formasını recruiting@ateshgah.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags Kargüzarlıq şöbəsinin mütəxəssisi
Bazar ertəsi, 2019-01-21, 7:23 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac