Vakansiya saytı
ishbook

Vakansiya


Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis
2018-12-07, 3:56 PM
  Mətanət A
email   hr@matanata.com
salary   600 - 800 AZN
Son müraciət tarixi : 2019-01-06
Vakansiya :
Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq;
• Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,
• Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;
• Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək;
• İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
• Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması;
• İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
• Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
• Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi;
• Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini nəzarət altında saxlamaq;
• Təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq;
• Uyğunsuzluğun təhlilində iştirak etmək;

Tələblər:

• Yaş həddi: 28-40
• Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində) və ya texniki yönümlü ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması);
• İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması);
• KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak;
• Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini sərbəst istifadəçi səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını əla səviyyədə bilməli.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• İş saatı: 09-00-dan 18-00-dək;

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis” qeyd edərək CV formasını hr@matanata.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags Keyfiyyət İdarəetmə Sistemi üzrə mü
Bazar ertəsi, 2018-12-17, 11:30 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac