Vakansiya saytı
ishbook

Vakansiya


Əməyin mühafizəsi mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis/Menecer
2019-01-08, 4:24 PM
  AccessBank
email   cv@accessbank.az
salary   500-800 AZN
Son müraciət tarixi : 2019-02-07
Vakansiya :
Əməyin mühafizəsi mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis/Menecer

Əməyin mühafizəsi mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis/Menecer(1 Vakant yer. Namizədin təcrubə və biliklərinən asılı olaraq vəzifənin dərəcəsi təyin olunacaq)

Əsas vəzifələri

 Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi.
 Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət.
 İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayır və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq.
 İşəgötürənə və işçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək Əməyin mühafizəsi xidmətinin funksiyaları
 İşçilərin əməyin mühafizəsinə dair təlimatların işlənib hazırlanması və tətbiqi.
 Yeni işə qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının keçirilməsi.
 İşçilərə əməyin mühafizəsinə, texniki təhlükəsizliyə dair növbəti və növbədən kənar təlimat keçmək.
 Təlimat jurnallarının imzalanmasına nəzarət.
 Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.
 Əməyin mühafizəsinə dair İllik Tədbirlər planının yerinə yetirilməsinə nəzarət.
 Əməyin mühafizəsi işçiləri üçün mütəmadi seminarların və treninqlərin keçirilməsini təşkil etmək.
 Əməyin mühafizəsi işçilərinin gündəlik işlərinə nəzarət.
 Əməyin mühafizəsi işçilərinin effektiv işinin qiymətləndirilməsi meyarlarının tərtib olunması.
 Əməyin mühafizəsi işçilərinə verilmiş tapşırıqların icrasına nəzarət.
 İşçilərin əməyin mühafizəsinə dair bilik səviyyəsinin yoxlama protokollarının hazırlanmasına nəzarət.
 Daxili qrafikə uyğun, baş ofisdə və filiallarda əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin vəziyyətini yoxlamaq.
 Tələb olunan peşə sahiblərinə tibbi müayinələrin təşkili və nəzarət.
 Obyektin tikilməsi, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət etmək.
 İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək.
 Əməyin mühafizəsinə dair yazılı göstərişlər vermək və icrasına nəzarət etmək.
 İşçilərin, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi haqqında biliklərinin yoxlanması üzrə komissiyanın işinə nəzarət.
 İşçilərin şikayət və təkliflərinin qeydiyyatını aparmaq və tabe olduğu şəxsə təqdim etmək.

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Əməyin mühafizəsi mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis/Menecer” qeyd edərək CV formasını cv@accessbank.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Əməyin mühafizəsi mütəxəssis/Aparıc
Çərşənbə, 2019-01-23, 7:35 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac