Vakansiya saytı
ishbook

Vakansiya


Qrafik Dizayn üzrə Təcrübə proqramı
2018-12-27, 10:54 AM
  ATL Consulting
email   internship@atl.az
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2019-01-26
Vakansiya :
Qrafik Dizayn üzrə Təcrübə proqramı

2011-ci ildə yaradılmış “ATL Konsaltinq" şirkətinin əsas məqsədi fəaliyyətində çətin vəziyyətə düşmüş şirkətlərə peşəkar yanaşma və konsultinq xidmətləri göstərmək, fəaliyyətinin səmərəliliyinin artırılmasına yardım etməkdir. “ATL Konsaltinq” şirkətin bazar mövqeyinin möhkəmləndirilməsi, müştəri ilə münasibətlərin qurulması və düzgün istiqamətdə genişlənməsi istiqamətində biznesin inkişafını dəstəkləyir. Yüksək peşəkarlıq nümayiş etdirməklə, biz müştərilərimiz üçün daha faydalı olmağa çalışırıq. Bizim fəaliyyətimizin əsas meyarlarından biri müştərinin istəyinə həssas münasibət, cəmiyyətin ayrılmaz hissəsi olan biznes strukturlarına müvafiq yanaşmadır. İstənilən formada göstərdiyimiz xidmətdə peşəkarlıq bizim dayaq nöqtəmizdir. Biz aşağıdakı xidmətləri göstəririk: Marketinq və reklam sahəsində konsultinq, PR, bazarın tətqiqi, müəssisələrdə biznes sorğusunun aparılması, layihələrin idarəedilməsi üzrə konsaltinq, təlimlər.

Hazırda ATL Konsaltinq şirkəti Qrafik Dizayn üzrə Təcrübə proqramını açıq elan edir.

Tələblər:

• Başlanğıc səviyyədə Adope Photoshop və Illustartor Proqram biliyi;
• Öyrənməyə meyilli;
• Kollektivdə işləməyi bacaran, operativ və yaradıcı;
• Ünsiyyətcil, məsuliyyətli, təşəbbüskar.

İş saatları həftədə 30 saatdan çox olmamaqla müəyyən edilir və Təcrübəçinin razılığı ilə onunla “Təcrübəçi Müqaviləsi” bağlanır .

Təcrübə müddətinin sonunda namizədə tövsiyyə məktubu tərəfimizdən verilir. Təcrübə proqramı ödənişsizdir.

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Qrafik Dizayn üzrə Təcrübə proqramı” qeyd edərək CV formasını internship@atl.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Qrafik Dizayn üzrə Təcrübə proqramı
Bazar ertəsi, 2019-01-21, 7:18 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac