Vakansiya saytı
ishbook

Vakansiya


SƏTƏM Mühəndisinin köməkçisi
2018-12-07, 3:55 PM
  Premium Transport MMC
email   sabir.nasirov@premiumtransport.az
sayt   http://premiumtransport.az
salary   600 - 700 AZN
Son müraciət tarixi : 2019-01-06
Vakansiya :
SƏTƏM Mühəndisinin köməkçisi

• Birbaşa Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Şöbəsinin rəisinə tabedir;
• Tədbirlər planı hazırlayıb şöbə rəisinə təqdim etmək;
• Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Şöbəsinin rəisi tərəfindən gündəlik işqabağı verilən və göstərilən tapşırıqları yerinə yetirmək;
• Sahədə risklərin qiymətləndirilməsini aparmaq;
• Gündəlik işqabağı işçiləri təlimatlandırmaq, işçilərin işləyəci peşə və vəzifələrini düzgün və təhlükəsiz icra etmələri haqda məlumatlandırmaq;
• Fərdi mühafizə vasitələrinin işçilərin tərəfindən düzgün istifadə edilməsinə nəzarət etmək;
• Hər hansı bir işçinin gördüyü təhlükəli işini anında saxlayıb – işin riskini qiymətləndirdikdən sonra aradan qaldırmaq;
• İşin riskini aradan qaldırdıqdan sonra həmin riski öz şöbə rəhbəri ilə müzakirə etmək;
• İşin riskinin nəticəsini bütün işçilərə bildirmək;
• İşə yeni başlayan işçilərə ƏM və TT üzrə təlimat keçmək, jurnallara qeyd etmək, 3 (üç) aydan bir bütün işçilərə təkrar və növbədənkənar təlimatlar keçirmək.

ƏLAVƏ MƏLUMATLAR

• Yaş həddi: 25 - 35 arası;
• Rus və ing dillərini bilənlərə üstünlük veriləcək;
• İş rejimi 1-6 – cı (Bazar ertəsi – Şənbə) günlər – 6 günlük;
• İş təcrübəsi: 1-3 il;
• Əmək haqqı müsahibə zamanı təyin ediləcək;
• Nahar və servis cəmiyyət tərəfindən təmin edilir;
• İş yeri: Qaradağ rayonu;
• Qadın namizədlərə üstünlük veriləcək.

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “SƏTƏM Mühəndisinin köməkçisi” qeyd edərək CV formasını sabir.nasirov@premiumtransport.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags SƏTƏM Mühəndisinin köməkçisi
Bazar ertəsi, 2018-12-17, 9:41 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac