Vakansiya saytı
ishbook

Vakansiya


SƏTƏM və KN departamenti, Keyfiyyətə nəzarət üzrə müfəttiş
2018-12-05, 6:26 PM
  Sumgait Technologies Park LLC
email   cv@stp.az
salary   500 - 800 AZN
Son müraciət tarixi : 2019-01-04
Vakansiya :
SƏTƏM və KN departamenti, Keyfiyyətə nəzarət üzrə müfəttiş

Vəzifə öhdəlikləri:

• Müəssisə tərəfindən yüksək keyfiyyətli xidmətlərin göstərilməsinin təmin edilməsi;
• Keyfiyyətsiz məhsul istehsalının qarşısını almaq;
• Müəssisənin istehsalla bağlı ayrı-ayrı struktur bölmələrinin məhsul istehsalı üzrə məsuliyyətinin və nizam-intizamın möhkəmlənməsi;
• Normativ sənədlərin və müştərilərin tələblərinə cavab vermək üçün istehsal sahələri tərəfindən yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət üçün işin təşkili;
• Keyfiyyətin artırılması,bu işin elm və texnikanın müasir inkişaf səviyyəsinə, daxili və xarici bazarın tələbatına uyğun olmasının təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
• Məhsulun keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsində iştirak etmək;
• Məhsulların yoxlanılması, keyfiyyət standartlarına və texniki şərtlərə uyğun olması haqqında labarator rəyi əsas tutmaqla:
• müəssisəyə daxil olan xammal və mal-materialların istehsalata buraxılması (buraxılmaması) haqqında rəy vermək.
• Son məhsulun istehsal sahələrindən hazır məhsul anbarlarına qəbul olunması haqqında rəy vermək.
• Müəssisəyə daxil olan xammal və materialların, eləcə də istehsal olunan məhsulların keyfiyyəti üzrə təhvil alma nəzarət aktların laboratoriya ilə birlikdə tərtib edilməsi;
• İstehsal prosesinin bütün mərhələlərində əməliyyat nəzarətinin keçirilməsi;
• Ayrı-ayrı texnoloji əməliyyatların, texnoloji avadanlıqlarının və alətinin keyfiyyəti üzrə nümunəli təftiş nəzarətin həyata keçirilməsi;
• Nomenklaturanın ölçülən parametrlərin və optimal sərrastlıq ölçülər normasının müəyyənləşdirilməsi;
• Son məhsulun saxlanma şəraitinin keyfiyyətinə, son məhsulla bağlı proseslərin komplektliyinə nəzarət;
• Nəzarət əməliyyatların nəticələrinin təhlili, məhsulun keyfiyyət əmsalların hesablanmasının aparılması, məhsulun keyfiyyəti üzrə dövrü və vaxtaşırı hesabatların tərtibi;
• Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi;
• Yerinə yetirilən işlərin və istehsal olunan məhsulların keyfiyyətin yaxşılaşdırılması üçün tədbirlər planının hazırlanmasında iştirak etmək;
• Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini nəzarət altında saxlamaq;
• Laboratoriya ilə birlikdə texnoloji reqlamentlərin və təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq;
• Uyğunsuzluğun təhlilində iştirak etmək;
• Müştəri şikayətlərinin aidiyyatı üzrə araşdırılmasında iştirak etmək.

Təhsil/Təcrübə:

• Texniki ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst istifadəçi səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
• Ölçülər və ölçmə metodları haqda əsas bilikləri olmalı;
• Ölçmə vasitələri haqda əsas bilikləri olmalıdır;
• Materialların elektrik xassələri haqda ümümi anlayışı olmalı;
• Standartlara(Gost, EN, İSO, BS və s.) işləməyi bacarmalı;
• İnteqrə edilmiş menecment sistemi ( İSO 9001) üzrə ümumi bilikləri olmalı.


Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “SƏTƏM və KN departamenti, Keyfiyyətə nəzarət üzrə müfəttiş” qeyd edərək CV formasını cv@stp.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags SƏTƏM və KN departamenti, Keyfiyyətə nəzarət üzrə müfəttiş
Çərşənbə, 2018-12-12, 5:30 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac