ishbook

Vakansiya


İnsan resursları üzrə böyük mütəxəssis
2018-11-09, 10:54 AM
  Dövlət qurumu
email   recruitmenthrbaku@gmail.com
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2018-12-09
Vakansiya :
İnsan resursları üzrə böyük mütəxəssis

Təhsil: Ali təhsil

Xüsusi biliklər:

Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, performansın idarə olunması, sənədləşdirmə və yazışma işləri, İnsan Resursları üzrə təminat proqramları.

Təcrübə: İnsan resursları sahəsində azı 3 il stajı.

Kompüter bacarığı: MS Office proqramları üzrə mükəmməl biliklər.

Dil bacarığı: Səlis azərbaycan, rus dili və ingilis dili bacarığı.

Digər bacarıqlar: Komandada işin təşkili, hesabat tərtib etmə, şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, danışıqaparma qabiliyyəti.

Vəzifə Funksiyaları:

• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi;
• İşçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən tərtib edilməsi;
• Namizədlər bazasının yaradılması;
• Ştat cədvəlini və vakant iş yerləri haqqında məlumatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.;
• Vəzifə təlimatlarının hazırlanması;
• Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi;
• İşçilərin şirkətə bağlılığını və işçi məmnuniyyətinin ölçülməsi məqsədilə illik məmnuniyyət sorğularının həyata keçirilməsi;
• İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi;
• İşçilərin iş fəaliyyətinin qiymətləndirilməsi (Performance Management);
• Şöbə menecerləri ilə birgə işçilərin təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi, tələb olunan vaxtda icra edilməsi;
• Daxili ünsiyyətin inkişafına yönələn tədbirlərin təşkil edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan resursları üzrə böyük mütəxəssis” qeyd edərək CV formasını recruitmenthrbaku@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags İnsan resursları üzrə böyük mütəxəs
Bazar ertəsi, 2018-11-19, 0:05 AM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ELANLARA ABUNƏ OLUN :

ishbook   Reklam

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac

Hosted by uCozz