ishbook

Elan


Mağaza Meneceri (Emporium Cafe)
2018-11-06, 10:23 PM
  Sinteks Group of Companies
email   recruitment@sinteks.com
sayt   http://sinteks.com
salary   500 - 800 AZN
Son müraciət tarixi : 2018-12-06
Vakansiya :
Mağaza Meneceri (Emporium Cafe)

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Hal hazırda Sinteks şirkətinə Mağaza Meneceri (Emporium Cafe) tələb olunur.

Vəzifə öhdəlikləri:

• Personalın müvafiq iş rejimini və qrafikini təmin etmək və ona riayət olunmasına nəzarət etmək.
• Aylıq Satış Planının hər bir Ticarət Nümayəndəsi tərəfindən yerinə yetirilməsini təmin etmək.
• Ticarət nümayəndələrinə “Satış Texnikası”, “Müştərilərə Xidmət” , “Məhsul üzrə Treninq”və “Merçendayzinq” üzrə lazımi biliklərin öyrədilməsini təmin etmək.
• Ticarət salonunda satış texnikasından və müştərilərə xidmət standartlarından istifadə olunmasını təmin etmək.
• Müştəri bazasının artmasını və keyfiyyətini təmin etmək.
• Ticarət salonunda yüksək xidmət səviyyəsinin saxlanılmasını təmin etmək.
• Tabeçilikdə olan personalın iş və məzuniyyət cədvəllərinin hazırlanması.
• Personal tərəfindən nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək, habelə bütün intizam pozuntuları haqqında rəhbərliyə vaxtında məlumat vermək.
• Ticarət salonunda subordinasiyaya riayət olunması.
• İş gününün planlaşdırılması, işə başlamazdan əvvəl təşkilati məsələlər üzrə və keçən gün ərzində əldə olunmuş nəticələr və məsləhətlər üzrə qısa yığıncaqların keçirilməsi.
• Tapşırıqların və öhtəliklərin ticarət salonunun personalı arasında funksional bölüşdürülməsi.
• Personalla praktiki məşğələlərin keçirilməsi və hər bir ticarət nümayəndəsi üçün treninq metodikasının, mövzusunun və planının müəyyən edilməsi.
• İş əsnasında şirkətin peşəkar satış üsullarından və təcrübələrindən effektiv şəkildə istifadə olunması, habelə bu üsulların gənc mütəxəssislərə öyrədilməsi.
• Total Look ideyasının həyata keçirilməsi.
• VİP satışların həyata keçirilməsi.
• Müştəri bazasının inkişaf və keyfiyyət dinamikasının stimullaşdırılması, müştəri bazasının dinamikası haqqında ümumi və hər bir ticarət nümayəndəsi üzrə ayrıca aylıq hesabatların hazırlanması və təqdim olunması.
• Ticarət salonunun anbarında olan mal ehtiyatları üzrə təhlilin aparılması və hesabatın tərtib olunması (yəni ölçülər, adlar və s. üzrə müvafiq mal çeşidinin əldə olması). Sənədlərin və marketinq bazasının doldurulması.
• Mağaza üçün sifariş edilmiş malın vaxtında gətirilməsini təmin etmək.
• Aylıq hesabatların hazırlanması.
• Müştərilərlə bağlı bütün problemli məsələrin düzgün şəkildə həll etmək müştəriləri mağazanın xidmətindən razı salmaq.
• Ona təhkim olunmuş (təhvil verilmiş) bütün əmlakların qorunub saxlanmasını təmin edir, talama təhlükəsi olduğu halda dərhal bu haqda ona rəhbərlik edən vəzifəli şəxsə yazılı (elektron daşıyıcı üzərində) məlumat verir.
• Müdiriyyətin və birbaşa rəhbərin bilavasitə əlaqəli digər göstərişlərinin icrası.

Namizədə qoyulan tələblər:

• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
• Minimum 2 il HORECA sənayəsində iş təcrübəsi
• Stresə və təzyiqə davamlılıq, münaqişə hallarını idarə etməyi bacarmaq
• Yaş həddi: 25-35
• Dil bilikləri : Rus və Azərbaycan
• Stresə və təzyiqə davamlılıq, münaqişə hallarını idarə etməyi bacarmaq
• Müştəri xidmətləri və ərzaq tədarükü sahələri üzrə zəruri bilik
• Barista xidməti üzrə yüksək biliklər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mağaza Meneceri (Emporium Cafe)” qeyd edərək CV formasını recruitment@sinteks.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags Mağaza Meneceri (Emporium Cafe)
Cümə, 2018-11-16, 11:12 AM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ELANLARA ABUNƏ OLUN :

ishbook   Reklam

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac

Hosted by uCozz