Vakansiya saytı
ishbook

Vakansiya


İstehsal müdiri
2018-12-27, 7:52 AM
  Mətanət A
email   hr@matanata.com
salary   1500 AZN
Son müraciət tarixi : 2019-01-26
Vakansiya :
İstehsal müdiri

“Mətanət A” şirkəti İstehsal müdiri vakansiyanı elan edir

İşin təsviri:
 İstehsal sahəsində çalışan işçilərə rəhbərlik edir;
 Verilən tapşırıqlara əsasən iş bölgüsünü təşkil edir; 
 Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların
təmiri və profilaktik xidmətinə nəzarət;
 İstehsalda işin səmərəliliyi və faydalı iş əmsalını artırmalı;
 Məhsulun istehsal prosesinə ciddi nəzarət etməli;
 Seçilmiş işçilərin mükafatlandırılması üzrə təkliflər vermək, istehsal və əmək intizamını
pozanlara qarşı intizam tənbehi vermək;
 İş vaxtından səmərəli istifadə edilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində
fəalliyət göstərmək;
 Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında
məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal
planının yerinə-yetirilməsinə nəzarət etmək;
 İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına  riayət etmələrinə nəzarət.
Əmək haqqı:
 Razılaşma yolu ilə
Tələblər:
 Təhsil: Ali(Mexanik, Kimya və İdarəetmə təhsili olanlara üstülük verilir)
 Yaş həddi: 25-50;
 Kompüter biliyi: MS Office  (Word, Excel);1C arzuolunandır ;
 Dillər: Azərbaycan və Rus dili mükəmməl (İngilis dili arzuolunandır)
 İstehsalat sahəsində 3-5 il iş təcrübəsi.
Şəxsi keyfiyyətləri:
 Fikrini izah etmək qabliyyəti;
 Ünsiyyət yaratmaq bacarığı;
 İşə planlı yanaşması;
 Fəal olması;
 Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst
olması tələb olunur.
Qeyd:
 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul
olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan
şəxslər işə götürülmürlər;
 Bu sahələr üçün ANKET FORMASI-nı doldurub hr@matanata.com ünvanına göndərin
(məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda
namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “İstehsal müdiri” qeyd edərək CV formasını hr@matanata.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags İstehsal müdiri
Bazar ertəsi, 2019-01-21, 7:18 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac