ishbook

Vakansiya


Satınalma üzrə Aparıcı mütəxəssis
2018-11-09, 8:50 PM
  Mətanət A
email   hr@matanata.com
sayt   http://matanata.com
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2018-12-09
Vakansiya :
Satınalma üzrə Aparıcı mütəxəssis

“ Mətanət A” şirkəti Satınalma üzrə Aparıcı mütəxəssis vakansiyasını elan edir

Vəzifə öhdəlikləri

 Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
 Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
 Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
 Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
 Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
 Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
 Logistika və nəqliyyat nəzarətinin təşkili;
 Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi.
 Alınan malların keyfiyyətinə nəzarət;
 Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
 Gömrüklə işləmə bacarığı;
 Satınalma sənədlərini hazırlama qabiliyyəti.

Təhsil/Təcrübə:
 İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
 Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;
 Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
 Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
 Təchizat zənciri haqqında ümumi biliklər;
 İncoterms 2010;
 Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;
 Komanda işinin təşkili;
 Yaş həddi: 25-35;
 Kompüter biliyi: MS Office (Word, Excel);
 Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir;

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

 Razılşama yolu ilə.

Qeyd:

 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 CV-ləri hr@matanata.com ünvanına göndərin.


Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satınalma üzrə Aparıcı mütəxəssis” qeyd edərək CV formasını hr@matanata.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags “ Mətanət A” şirkəti Satınalma üzrə
Bazar ertəsi, 2018-11-19, 0:06 AM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ELANLARA ABUNƏ OLUN :

ishbook   Reklam

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac

Hosted by uCozz