Vakansiya saytı
ishbook

Vakansiya


Baş mühasib
2019-01-08, 4:13 PM
  BSC Consulting & Outsourcing Compan
email   hr@bsc-group.az
salary   1200-1500 AZN
Son müraciət tarixi : 2019-02-07
Vakansiya :
Baş mühasib

20 ildən artıq konsalting aləmində fəaliyyət göstərən “BSC” Consalting və Outsorsing şirkəti lahiyələrinin və müştəri portfelinin sayının artması ilə bağlı özünə güvənən, öyrətmək və öyrənmək istəyən, inkişaf edib və inkişaf etdirmək qabiliyyəti olan , perspektivli karyera qurmaq istəyən Mühasib və Baş mühasibləri işə dəvət edir.

Niyə məhz Biz

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- 20 illik iş təcrübəsi ilə bölüşməyə hazırıq
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq.
- Peşakarlarla inkişafa yol açırıq.

Baş mühasib

İş barədə məlumat

- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək

Sair məlumat

- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
- B1-B3, Microsoft Office proqramlarını bilmək
- 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
- Balansın çıxarılması
- Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
- Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar
- Tez qavramaq və uyğunlaşmaq bacarığı
- Problemləri təhlil və həll etmə bacarığı.
- Vergi qanunvericiliyi bilmək
- Beynəlxalq mühasibat uçotu standartlarını bilmək

Əmək haqqı 1200-1500 AZN

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Baş mühasib” qeyd edərək CV formasını hr@bsc-group.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Baş mühasib
Cümə, 2019-01-18, 2:59 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac