Vakansiya saytı
ishbook

Vakansiya


Mühasib
2018-12-26, 11:14 AM
  Mətanət A
email   hr@matanata.com
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2019-01-25
Vakansiya :
Mühasib

“Mətanət A” şirkəti Mühasib vakansiyasını elan edir

İşin təsviri:
 Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün
əməliyyatların işlənməsini həyata keçirmək;
 Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada
rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
 Mühasibatlığa aid müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi
qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə
fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də
göstərilən xidmətləri və sair) yerinə yetirmək;
 İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
 Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş
tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
İş şəraiti:
 İş saatı: 09-00-dan 18-00-dək
 İstirahət: Şənbə və bazar günü
Əmək haqqı:
 Razılaşma yolu ilə
Tələblər:

 Təhsil: Ali (İqtisadi)
 İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan
 Yaş həddi:25-50
 Dil bilikləri: Azərbaycan və Rus dili
 Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək

Şəxsi keyfiyyətləri:
 İşə planlı yanaşmaq bacarığı;
 Yüksək ünsiyyət bacarığı;
 Nitq mədəniyyəti;
 Təmkinlilik, etibarlılıq, özünəinam;
 Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
Qeyd
 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə
götürülmürlər;
 Bu sahələr üçün ANKET FORMASI-nı doldurub hr@matanata.com ünvanına göndərin

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək CV formasını hr@matanata.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags mühasib
Cümə, 2019-01-18, 3:36 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac