Vakansiya saytı
ishbook

Vakansiya


Marketinq Departamentinin direktoru
2018-12-26, 11:16 AM
  Mətanət A
email   hr@matanata.com
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2019-01-25
Vakansiya :
Marketinq Departamentinin direktoru

“Mətanət A” şirkəti Marketinq Departamentinin direktoru

vakansiyasını elan edir

İşin təsviri:
 Zəruri qısa və uzunmüddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək;
fəaliyyət növünü və istiqamətini tövsiyə etmək; direktivləri tətbiq etmək;
 Hər məhsulun marketinq planı və proqramlarını inkişaf etdirərərək bazarda pay əldə etmək, təşviqat
kampaniyasını istiqamətləndirmək;
 İstehsalın və məhsulun reallaşdırılmasının perspektiv və cari planlarının tərtibində, yeni satış
bazarlarının və məhsulun yeni istehlakçılarının müəyyən edilməsində Marketinq Departamentinin
iştirakını təmin etmək;
 Müvafiq departament və şöbələrlə birgə marketinq, reklam və ictimaiyyətlə əlaqələr üzrə tədbirlər
planının və illik büdcəsinin hazırlanmasında iştirak;
 Xüsusi müştəri xidmətləri proqramını təşkil və inkişaf etdirərək müştərilərlə əlaqəni təmin etmək;
 Konvensiyalarda, illik toplantılarda, ticarət assosiasiyalarında və seminarlarda şirkətin iştirakını təmin
etmək;
  Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli
proqnozları və hesabatları hazırlamaq;
 İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırkı və gələcək
məhsullara təsir göstərmək;
 Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istfadəsinin inkişafı;
məlumatı əldə etmək və analiz etmək; daxili və xarici mənbələrdən istifadə etmək;
 Marketinq məlumatlarını əldə edərək tərtib etməklə təhqiqat bazasını təmin etmək;
 İllik büdcəni hazırlayaraq maliyyə hədəflərinə çatmaq; xərclərin cədvəlini yaratmaq; doğru
addımların atılmasında təşəbbüs göstərmək;
 İşçilərin planlaşdırılması və təyin olunması ilə Marketinq Departamentinin əməliyyat tələblərini
yerinə yetirmək; işin nəticələrini izləmək;
 Məlumat, təhsil, təcrübə əldə etmək imkanları yaradaraq marketinq işçilərini inkişaf etdirmək;
 Uğurlu nəticələr əldə edərək komanda işinə öz töhvəsini vermək;
 Bazarın real və potensial alıcılarının tələbatının ödənilməsinə yönəlmiş araşdırmalar aparmaq;
 Araşdırmaların aparılması üçün iş planları və proqramları hazırlamaq;
 Rəhbərliyin tapşırıqlarının yerinə yetirmək.
İş şəraiti:
 İş saatı: 09-00-dan 18-00-dək;
 İş günü: Həftənin 5 günü.
Əmək haqqı:
 Razılaşma yolu ilə.
Tələblər:
 Təhsil: Marketinq, iqtisadiyyat, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi
arzuolunandır);
 Yaş həddi: 28-45;
 İş təcrübəsi: Marketinq sahəsində minimum 7 il, o cümlədən idarəetmə sahəsində minimum 3
il iş təcrübəsi;
 Kompüter biliyi: Word, Excell, Power Point, Internet;
 Dillər: Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilməli.

Şəxsi keyfiyyətləri:

 Fikrini izah etmək qabliyyəti;
 İşə planlı yanaşması;
 Ünsiyyət yaratmaq bacarığı;
 Fəal olması;
Əlavə şərtlər:
 Ezamiyyət imkanları;
 Sürücülük vəsiqəsi;
 Şəxsi avtomobilinin olması;
 Xarici pasport.
Əlavə tələblər:
 Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması
tələb olunur.
Qeyd
 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə
götürülmürlər;
 Bu sahələr üçün ANKET FORMASI-nı doldurub hr@matanata.com ünvanına göndərin

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Marketinq Departamentinin direktoru” qeyd edərək CV formasını hr@matanata.com elektron ünvanına göndərmələri xahiş olunur.
tags Marketinq Departamentinin direktoru
Bazar ertəsi, 2019-01-21, 7:17 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac