Vakansiya saytı
ishbook

Vakansiya


Alüminium və mis profillərin satışı üzrə Menecer
2019-01-03, 5:19 PM
  Sumgait Technologies Park LLC
email   cv
telefon   cv@stp.az
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2019-02-02
Vakansiya :
Alüminium və mis profillərin satışı üzrə Menecer

Vəzifənin adı : Alüminium və mis profillərin satışı üzrə Menecer

Vəzifə öhdəlikləri:

• Müəssisənin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
• Müəssisənin uğurlu imicinin yaradılması;
• Biznes proseslərinin təkmilləşdirilməsi;
• Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, müəssisənin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
• Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;
• Yeni məhsulların yaradılması, onların təşviq metodlarının seçilməsi;
• Məhsulların satılması üçün yeni kanalların axtarılması;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
• Dövrü hesabatların hazırlanması və təhlili;
• Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi.

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi olmalı
• Alüminium və mis profillərin satışı üzrə təcrübə mütləqdir;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
• Azərbaycan və Rus dillərində sərbəst danışmalı;
• Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı;
• İşgüzar və məsuliyyətli olmalı;

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Alüminium və mis profillərin satışı üzrə Menecer” qeyd edərək CV formasını cv elektron ünvanına göndərmələri xahiş olunur.
tags Alüminium və mis profillərin satışı
Cümə, 2019-01-18, 3:00 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac