Vakansiya saytı
ishbook

Vakansiya


Mağaza direktorunun köməkçisi
2018-12-06, 12:31 PM
  Kontakt Home
email   hr@abc-telecom.az
salary   500 - 600 AZN
Son müraciət tarixi : 2019-01-05
Vakansiya :
Mağaza direktorunun köməkçisi

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Mağaza direktorunun köməkçisi

Tələblər:

• Ali təhsil
• İnzibati sahədə iş təcrübəsi- 1 il
• Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook)
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri mütləqdir
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Müştərilərlə davranış etikası

Vəzifələr:

• Mağaza rəhbərinə inzibati dəstək
• Sənədlərin və qiymətlərin çap olunması
• Məhsulların düzgün yerləşdirilməsinə nəzarət
• Təmizliyə və səliqə-səhmana riayət olunmasına nəzarət

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V iş günləri (10:00-19:00), VI,VII istirahət günləri

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Mağaza direktorunun köməkçisi” qeyd edərək CV formasını hr@abc-telecom.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Mağaza direktorunun köməkçisi
Çərşənbə, 2018-12-12, 5:29 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac