ishbook

Elan


Telesatış operatoru
2018-11-07, 1:02 PM
  PAŞA Sığorta
email   recruitment@pasha-insurance.az
salary   400-600 AZN
Son müraciət tarixi : 2018-12-07
Vakansiya :
Telesatış operatoru

Ciddi və eyni zamanda pozitiv şirkətdə, cavan və mehriban kollektivlə işləmək istəyənlərin nəzərinə:

Azərbaycanın Sığorta bazarında Lider olan “PAŞA Sığorta” şirkəti Telesatış operatoru üzrə vakansiya elan edir!

Biz, Azərbaycan dilində sərbəst danışan, yüksək səviyyədə ünsiyyət bacarığı olan və bu bacarığı telefonla satışda tətbiq etməyə həvəsi olan gəncləri axtarırıq.

Vəzifə və Öhdəliklər:

 Satış həcminin artırılması məqsədilə şirkətin məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatın edilməsi;
 Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması;
 Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması;
 Satışdan sonra müştərilərə məlumat xarakterli dəstəyin göstərilməsi.

Tələb olunan bilik və bacarıqlar:

 Ali təhsil;
 Telemarketinq, telesatış sahəsində iş təcrübəsi arzu olunandır;
 Dil bilikləri:
- Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;
- Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);
- İngilis dili- tələb olunmur, amma üstünlük verilir. – gələcəkdə promotion və təlim, təcrübə mübadiləsi üçün lazım ola bilər;
 Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;
 Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;
 Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
 Komanda ilə işləmək bacarığı.

İş şəraiti:

 İş rejimi - 5 iş günü 9:00-dan 18:00-dək
 3 ay Sınaq müddəti (bu müddət ərzində -təlim və əmək haqqı nəzərdə tutulub)
 Əmək müqaviləsi

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Telesatış operatoru” qeyd edərək CV formasını recruitment@pasha-insurance.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Telesatış operatoru
Cümə, 2018-11-16, 10:53 AM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ELANLARA ABUNƏ OLUN :

ishbook   Reklam

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac

Hosted by uCozz