Vakansiya saytı
ishbook

Vakansiya


Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin mütəxəssisi
2018-12-20, 5:48 PM
  İcbari Tibbi Sığorta üzrə Dövlət Ag
email   hr@its.gov.az
salary   Razılaşma yolu ilə
Son müraciət tarixi : 2019-01-19
Vakansiya :
Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin mütəxəssisi

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Mütəxəssis
Departament: Səhiyyə işinin təşkili
Şöbə: Səhiyyə siyasəti və kliniki kodlaşdırma

Vəzifə öhdəlikləri:

• İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar normativ sənədlərin hazırlanmasında iştirak;
• Səhiyyə xidmətlərinin beynəlxalq kodlaşdırma sisteminin tətbiqi ilə əlaqədar müvafiq normativ sənədlərin hazırlanmasında iştirak;
• Səhiyyə xidmətlərinin beynəlxalq kodlaşdırma sistemlərinin mövcud normativ sənədlərinə uyğunluğuna nəzarət;
• İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibbi xidmətlərin keyfiyyət və kəmiyyət göstəriciləri üzrə məlumatların təhlili;
• İcbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tibb təchizatçıları üçün kliniki kodlaşdırma sistemləri üzrə təlimlərin təşkili və keçirilməsi;
• Hesabatların hazırlanmasında iştirak.

Vəzifə üçün tələblər:

• Ali tibb təhsili;
• Səhiyyə sisteminin strukturu, normativ-hüquqi bazası və səhiyyə maliyyələşdirilməsi sahəsində bilik və bacarıq;
• Təlimlərin təşkili və keçirilməsi üzrə təcrübə;
• Azərbaycan, rus və ingilis dillərində səlis yazı və danışıq bacarığı (arzuolunandır);
• Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Sıx iş qrafikində işləmək bacarığı;
• Komanda daxilində işləmək bacarığı;
• Səhiyyə sahəsində minimum 3 il iş stajı.

Yuxarıda qeyd olunan vakansiyanın tələblərinə uyğun olan namizədlərdən mövzu yerində “Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin mütəxəssisi” qeyd edərək CV formasını hr@its.gov.az elektron ünvanına göndərmələri xahiş olunur.
tags Səhiyyə siyasəti və kliniki kodlaşd
Cümə, 2019-01-18, 3:06 PM
Xoş gəldiniz İstifadəçi

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac